Xaricdə təhsil almaq və ya işləmək istəyirsənsə, 140-dan çox ölkədə 9.000-dən çox qurum çox qurum tərəfindən tanınan IELTS sertifikanı almalısan. IELTS imtahanı zamanı ümumi ingilis dili biliyindən əlavə, imtahan stukturunu və incəliklərini də bilmək mütləqdir.

IELTS hazırlığında sənin üçün faydalı olacaq 7 Youtube kanalını bir araya topladıq:

1. IELTS Official

IELTS-in rəsmi kanalında imtahan strategiyası və imtahan nümunələri və tələbələrin imtahan təcrübələri barədə videolar paylaşılır.

2. IELTS with Gulnar

Gülnar videolarında IELTS-in hər bir bölümü ilə ətraflı məlumat və imtahandan yüksək bal almaq üçün ipucları barədə danışır. Bundan əlavə, Gülnar Youtube, FacebookInstagramTelegram kanallarında IELTS və Pre-IELTS hazırlığı və General English ilə bağlı faydalı materiallar, idiom və testlər paylaşır.

3. Take IELTS Official

British Council-a məxsus bu kanalda IELTS imtahanının bölümləri barədə ətraflı məlumat, imtahan nümunələri və tələbələrlə müsahibələr paylaşılır.

4. IELTS Ryan

Ryan isə öz kanalında IELTS bölümləri ilə bağlı ipucları, imtahan sistemində yenilikləri və test nümunələri paylaşır.

5. Academic English Help

Bu kanalda imtahan strategiyası, test nümunələri və fərqli ballar alan tələblərlə müsahibələr paylaşılır.

6. IELTS Galaxy

Bu kanalda isə ən son test nümunələri, düzgün cavablar və onların izahatı barədə videolar yayımlanır.

6. IELTS Simon

Simon isə imtahan zamanı ən çox buraxılan səhvləri və imtahandan yüksək bal almaq üçün tövsiyələrini paylaşır.

Sənə uyğun kanalı seçib hazırlığa başlaya bilərsən! Uğurlar!