İntihar edən dahilər…

661

Vinset Van Qoq dünyanın ən tanınmış rəssamlarından biridir. Onun əsərlərinin dəyəri  milyonlarla ölçülür və dövlət muzeylərində mühüm sərvət kimi saxlanılır, lakin bu nüfuz rəssamı ömür boyu izləməyib. Beləki, holland rəssam uzun müddət həmkarları tərəfindən tanınmayıb və müəmmalı ruhi pozğunluqlardan əziyyət çəkib.

Müasir tədqiqatçılar Van Qoqun xəstəliyi haqqında bir neçə fərziyyə irəli sürülər: epilepsiya, şizofreniya,şəxsiyyətin biopolyar pozğunluğu və s. Həkimlərin köməyindən yararlana bilməyən Van Qoq 1890-cı ilin yayında ruhi xəstəxanadan çıxır və ürəyinə gülləni tuşlayaraq intihar edir.


Ziqmund Freyd. Psixoanalizin banisi sayılan Ziqmund Freydi intihara nə təhrik etdi? Düşünmək olar ki, psixologiya, psixiatriya və nevrologiya sahəsində olan təcrübə alimi daxili ziddiyyətlərdən xilas etməliydi… Lakin, alimi intihara sürükləyən səbəb mənəvi narahatlığı deyil, fiziki iztirabları olmuşdur.

Freyd ağız boşluğunun xərçəngindən əziyyət çəkirdi.Xəstəlik Freydin daimi olaraq siqara çəkməsindən yaranmışdır. 1939-cu ildə isə xəstəlik sürətlə inkişaf etməyə başladı Freydi dözülməz ağrılarla sınadı. 83 yaşlı alim öz həkimi olan Maks Şurdan eftanaziya etməyi xahiş edir. Maks Şur isə Freydin qızının razılığı ilə bu xahişi yerinə yetirir.



Ernest Heminquey nəinki bədii yaradıcılığı ilə məşhurdur, həmçinin bioqrafiyası ilə. Heminqueyin zəngin təxəyyülü iki müharibə dövrünü yaşamış və çoxlu ədalətsizliklər, qəddarlıqlar görmüşdür. Ağır həyat təcrübəsi yazaçıda psixoza səbəb olmuşdur: yazıçı hesab edirdi ki, onu izləyirlər, güdürlər.

Ernest Heminquey ruhi xəstəxanada daimi elektroşok terapiyasına məruz qalır və bu onun halını daha da pisləşdirir. Xəstəxanadan canını qurtaran Heminquey bir neçə gündən sonra sevimli tüfəngi ilə özünə qəsd edir.