Bir gün əsl ağrını kəşf edən balaca bir uşağın hekayəsi.
Əsərimizin qəhrəmanı qəlbi günəş kimi parlaq və insan sevgisi ilə dolu olan Zezedir. O, həyatın keşməkeşləri, ağrı-acıları ilə erkən yaşda üzləşir. Onun ailəsindəki səfaləti dərk etməsi, iztirabları dərindən duyması və dostluqdakı sədaqəti insanı heyrətləndirir. Zeze insanların böyüyərkən itirdiyi xəyal dünyasına və saflığa malikdir. Bu səbəbdən bizi təsirləndirir, uşaqlığımıza geri qaytarır.
“Şirin Portağal Ağacım” haqqında maraqlı bir məlumat da qeyd edim, Vaskonselos romanı 12 günə yazıb və onun haqqında belə deyir, iyirmi ildən çox idi ki, ürəyimdə daşıyırdım.
Əsəri oxumağı və Zezenin incə duyğularını hiss etməyinizi tövsiyə edirəm.
Mənim əzabım istənilən aclıqdan daha ağır idi.
– Niyə mənim kimi eləmirsən?
– Sən nə edirsən ki?
– Heç kimdən heç nə ummuram. Belə olanda dizinə döyə-döyə qalmırsan.
Ağlama, oğlum. Əgər belə ürəyiyumşaq olsan, ömründə hələ çox şeyə ağlamalı olacaqsan.
Fabrik hər səhər insanları yeyən, axşam da yorğun insanlar qusan bir əjdaha idi.
Bizim küçədə hər şeyin bir dövrü var idi. Şüşə top dövrü, fırfıra dövrü, kino ulduzlarının şəkillərini yığma dövrü, çərpələng dövrü — bütün dövrlərin ən gözəli.
Mənə qarşı elə şəfqətli idi ki, sırf onu məyus etməmək üçün özümü yaxşı aparırdım.
Ən gözəli adamın ilk düzəltdiyi olur. Birinci uğursuz alınsa, yenisini düzəldə bilməzsən, ya da düzəltmək istəməzsən.
Uşaqların yarası tez sağalır.
Hamı doğulmalı olduğu üçün doğulub.
Öldürmək Bak Consun revolverini götürüb “part” deyə atəş açmaq deyil. Elə yox. Ürəkdə öldürmək. Sevməyi dayandırırsan və bir gün o insan ölür.
– Sən məni də öldürəcəyini demişdin?
– Əvvəlcə dedim. Sonra səni başqa bir formada öldürdüm. Səni qəlbimdə dünyaya gətirərək öldürdüm.
Biz evdə nə tapılırsa, hamısını sevməyi öyrənmişik.
Sevinc — qəlbimizdəki parlaq günəşdir.
– Əlimdən gəlsəydi, səninlə dayanmadan səkkiz yüz on iki min kilometr söhbət edərdim.
– Bu qədər yola benzin çatdırmaq olar?
– Elə təsəvvür edərik ki, varımızdır.
İndi əsl ağrının nə olduğunu başa düşürdüm. Ağrı, özündən gedənə qədər döyülmək deyil. Ağrı, ayağını şüşə qırığı ilə kəsmək, əczaxanada yaranı tikdirmək də deyil. Ağrı, insanların öz sirlərini açmaq fürsəti əldə etmədən ölmələri və bu iztirabın qəlbi doldurmasıdır.
– Belə şeyləri uşaqlara niyə danışırlar?
– Əslində, əzizim Portuqa, sadəcə mənə çox erkən danışıblar belə şeyləri.
Heç nəyə inanmadan hər şeyə yenidən başlamaq çətin idi.