Alan Turing – ikinci dünya müharibəsinin yönünü dəyişdirən, süni zəkanın təməlini qoyan alimin həyatını bu məqaləmizdə yazdıq.

Həyatı
Alan Turing, kompüter elminin öncüsü sayılan, II dünya müharibəsi zamanı almanların “Enigma” kodunu həll edən bir maşın hazırlayan, modern kompüter sistemi və süni zəka teoreminin təməlini yaradan ingilis alimdir.

23 iyun 1912-ci ildə anadan olan Alan Turing, Hindistan qaçqını olaraq ingiltərəyə gələn orta sinif bir ailənin üzvü idi. Elm, kimyəvi təcrübələr Alan Turing üçün hər zaman maraq dairəsində olmuşdur. Məktəblərdə göstərdiyi yüksək performans və zəkası ilə qısa müddətdə hamının diqqətini çəkdi. Hələ universitetə başlamazdan əvvəl kvant mexanikasında teoremlər kəşf etmişdi. Eyni zamanda törəmə və inteqral ilə əlaqəli problemlərin həlli ilə də məşğul olmuşdur. Cambridge, King’s College-ə başladığı zaman çalışmalarına fokuslandı və ehtimal nəzəriyyəsinə olan sevgisi və riyaziyyat məntiqi ilə kariyerasında inkişaf etdi.

Turing maşını
Qarmaşıq hesablamaların müəyyən bir qayda ilə edilə biləcəyi 20-ci əsrin başlarında böyük bir mübahisə mövzusu oldu. Digər tərəfdən isə əl və ya zehin ilə aparılan hesablamalar isə çox vaxt aparmaqla yanaşı, bir çox xətanı da özü ilə birlikdə gətirirdi. Turing, avtomatik hesablamanın bütün riyazi hesablamaların həllini tapa biləcəyini ortaya qoydu. İddia etdiyi teoremlər ilə Turing maşını yaradıldı.





Enigma şifrəsi

Enigma şifrəsi, alman dəniz transportasiyasında istifadə edilən, qırılmaz olaraq dəyərləndirilən qarışıq bir kod idi. Alan Turing isə 1941-ci ildə bu şifrəni qırmağı bacardı və irəliləməni davam etdirmək üçün isə mexaniki bir maşın hazırladı. Bu hadisədən sonra Turing, müttəfiqlər üçün dəyərli biri halına gəldi və bir çox alman mesajlarını uğurla həll etdi.





Müharibənin ardınca, Alan Turing, elektron texnologiyanın potensial sürətinə və güvənliliyinə uyğun cihaz hazırlamağa başlayan yeganə insan oldu. Bu texnologiya, proqramlamaqla aritmetik məsələlərin həllinə yol açdı. Alan Turing, Mançester Universitetində “Computing” sahəsinin direktoru oldu və Krallıq Cəmiyyətinin üzvü olaraq qəbul edildi.

Turing Testi
Alan Turing, maşınların da bir insan beyni kimi düşünə bildiyinə dair fəlsəfi müzakirələrə qatıldı. Bunun üçün test hazırladı, əgər kompüter duyğusal varlıq kimi davranıb, reaksiya verərsə, o zaman duyğuları olan bir varlıq olduğu isbatlanmış olacaqdı.



Turing testi süni zəkanın təməlini qoyan bir qavramdır. Test isə olduqca bəsitdir. Bir divar təsəvvür edin. Siz testi hazırlamısnız və divarın digər tərəfində yazılmış program və insan var. Testin suallarına nəzərən, verilən cavablarda hansının insan, hansının proqram olduğunu anlaya bilmirsinizsə, həmin proqram testi keçmiş sayılır.

Alan Turing-ə qarşı edilmiş hörmətsizlik.
Turing-in homoseksual olmasını heç vaxt xoş qarşılamadılar. Yaşadığı həyat tərzi haqqında açıq sözlü və həyat dolu idi. Polis gənc bir kişi ilə onun münasibətini aşkarladı və 1952-ci ildə məhkəməyə başlandı. Turing fəaliyyətlərini nə rədd etdi, nə də müadifə, onun yerinə etdikləri ilə əlaqədar heç nəyin səhv olmadığını iddia etdi. Məhkəmələr onunla razılaşmadı və Turing, böyük əxlaqsızlıqla günahlandırılaraq həbs edildi. Həbsxanaya girməmək üçün Turing, esterogen hormonu qəbul etmək məcburiyyətində qaldı.

Çalışmalarını kvant fizikası və kriptanitik araşdırmalarda davam etdirdi. Turinqin cinsi meyilliyi bilindiyi üçün o dövrdə çoxlu zorakılığa məruz qaldı. Yaşadıqlarına dözməyərək 1954-cü ildə siyanidli alma dişləyərək intihar etdi. Apple-ın loqosunun bu hadisə ilə əlaqəli olduğunu deyənlər də var.

Ölkənin baş naziri Gordon Brown, 2009-cu ildə bu alimə böyük haqsızlıqlar edildiyini qəbul edib, üzr istədi. 2013-cü ilin dekabrında Kraliça II Elizabeth də rəsmi olaraq Turing-dən üzr istədi.
“Turing, parlaq zəkaya sahib olan möhtəşəm bir insan idi. Müharibədəki çalışmaları və elmə buraxdığı miras ilə xatırlanmağa və tanınmağa olduqca layiqdir.” dedi.

Alan Turing-in bioqrafiyası əsas götürülərək çəkilmiş “The Imitation Game” filminə baxmağınızı da tövsiyə edirik. Baş rolu isə Benedict Cumberbatch ve Keira Knightley canlandırır.