İngilis dilində “Prisoner’s Dilemma” adlanan məhbus dilemması psixologiyada öyrənməsi olduqca əyləncəli bir teoremdir.
“Dilemma” ən bəsit açıqlama ilə seçimlər arasında və çıxmaz vəziyyətdə qalmaqdır. Gündəlik həyatda qarşımıza çıxan dilemmalara olduqca aşinayıq. Bir az daha da açsaq, dilemma qarşınıza qoyulmuş iki seçimin ikisinin də qəbul edilməz olmasıdır.
Teoremləşdirilmiş bir çox dilemma var və məhbus dilemması da onlardan biridir. Bu dilemma, 2 məhbusun cinayəti isbat edilə bilməyəndə istifadə edilən bir ssenaridir. Məqsəd isə məhbusları dilemma qarşısında qoyaraq, yanlış qərarlar vermələrinə səbəb olmaqdır. Hər iki məhbusun da bir-biri ilə əlaqə saxlaya bilməməsi isə bu teoremin təməlini qoyur.
Hər iki məhbusa isə edilən təklif çox sadədir.
- Əgər A məhbusu, B məhbusunun əleyhinə ifadə versə və B məhbusu da susmağı seçsə, o zaman A məhbusu sərbəst qalır. B məhbusu isə 20 il həbsə məhkum olur.
- Əgər hər iki məhbus da bir-birini günahlandırarsa, hər ikisi də 5 illik həbsə məhkum qalır.
- Hər ikisi də səssiz qalarsa, hər ikisinə də 1 illik həbs cəzası verilir.
Gözlənən nəticə isə, hər iki məhbusun da bir-birlərinin əleyhinə ifadə verib, hər ikisinə də mümkün olan ən yüksək cəzanı tətbiq etməkdir.
Bu dilemmadan isə belə nəticəyə gəlmək olur; tərəflər öz çıxarlarını deyil, qrupun çıxarını güdmüş olsa, ən karlı nəticəni əldə edərlər.
The Dark Knight filmində bu dilemmaya gözəl nümunə gətirilib.