Boş vaxtlarınızda Youtube-da hansı videoları izləyirsiniz? Eyni mövzulu kanalları daimi izləmək yəqin ki, sizi də darıxdırır. Bunları nəzərə alaraq, sizinlə maraqlı məzmunu olan kanalları paylaşırıq. 🙂

Primitive Technology Modern həyatdan uzaq, heç bir texnoloji vasitə istifadə etmədən təbiətdən yararlanaraq yaşayan insanları görə biləcəyiniz kanal. Danışan heç kəs yoxdur, arxa fonda cansıxıcı musiqi də yoxdur. 9 276 455 abunəsi olan bu kanalı adının üzərinə klik edərək izləyə bilərsiniz.

Barış Özcan – 2 421 700 abunəsi olan məşhur türk bloqçunun kanalı sizə ikinci tövsiyəmizdir. Dünyagörüşünüzü inkişaf etdirəcək araşdırmalar, çox maraqlı mövzuları bu kanaldan tapa bilərsiniz. Barış Özcan ölkəmizdə kifayət qədər tanınır, hələ də izləməyən varsa adın üzərinə klik etməklə kanalı nəzərdən keçirə bilər.

Cep Hikayeleri – Hər birimiz kimi adi həyat yaşayan anonim insanların hekayələrini danışdığı mükəmməl kanallardandır. Bir çobanın həyatını dinləyərkən, digər videoda müəllimin hekayəsini dinləyə bilərsiniz. Kanalı izləmək üçün adına daxil ola bilərsiniz.

Emre Durmuş – Səyahət sevənlərin, gəzəyən ruhlu insanların izləməli olduğu maraqlı türk kanallarından biridir. 2014-cü ildən bəri dünyanı gəzən Durmuş, görmədiyimiz, bilmədiyimiz gözəlliklərlə bizləri tanış edir. Onun macəraları sizlər üçün də maraqlı olacaq, izləmək üçün adına klik etməyiniz kifayətdir.

Erkek Kanalı – Məqaləmizdə sizə tövsiyə etdiyimiz son kanal budur. Çox maraqlı yanaşması olan kanaldan kişilər öyrənəcək, qadınlar da kişilər haqda daha çox məlumat əldə etmiş olacaqlar. “Sevgililər günündə edilməməsi lazım olanlar”, “İlk görüşdə bunları etməyin” tipli fərqli başlıqları olan videoları izləyə bilərsiniz. Kanalın adına klik edərək keçid edin.

Bu dəfə maraqlı türk kanallarını paylaşdıq, növbəti siyahımızda faydalı xarici kanallar haqqında məlumatları sizinlə bölüşəcəyik. 🙂


Bonus olaraq “Bildirchin Posts” Youtube kanalına da abunə ola bilərsiniz 🙂