Bildiyimiz kimi hər il “Rekordlar kitabı”na bir çox insan adını yazdırır. Biz isə sizə ən qeyri-adilərini təqdim edirik. 🙂

  • Çinin Guangxi  əyalətində yaşayan Xie Qiping 8 may 2004-cü ildə 5 m 627 sm saçlarının uzunluğuna görə qeyri-adi rekordlar sırasına daxil olub.

  • 2004-cü il sentyabrın 1-də İlker Yılmaz gözündən 279.5 sm uzağa süd sıçratmaqla yeni bir rekordun sahibi olub

  • Lucky Diamond Rich həyatını bədənində çoxlu sayda döymə etdirərək keçirib. O, göz qapaqları, ayaq barmaqları arasındakı dəri, diş əti də daxil olmaqla bütün bədənini döymə etdiyinə görə qeyri-adiliyi ilə seçilib. Kanadalı bu gənc rekordlar kitabına daxil olmaq üçün yeni bir üsul tapıb. O, saat yarım ərzində bədəninə 1000 dənə iynə batıraraq kaktus adam olmaq rekordunu təzələyib.

  • Badamsin Juvansin Gurjar 22 il bığını kəsməməklə və 3 m 81 sm uzunluğunda bığı ilə adını rekordlar kitabına yazdırıb.

  • 2006-cı ilin avqustunda 17.78 sm-lik əqrəbi 18 saniyə ərzində ağzında tutmağı bacaran Dean Sheldon yeni bir rekordun sahibi olub.

  • Çin vətəndaşı olan Dong Changsheng 2006-cı il sentyabrın 26-da 1.5 ton ağırlığında avtomobili alt göz qapaqlarına birləşdirilən xüsusi çəngəl sistemi ilə 1 sm çəkməyi bacarıb. Xüsusu məşqlər nəticəsində həyata keçirilən rekorda «chi-kong» adı verilib.
  • Om Sietas 3 metr 5 sm dərinliyində suyun altında 14 dəqiqə 12 saniyə müddətində nəfəs almayaraq rekordçular sırasına daxil olub.

  • 2007-ci il yanvarın 20-də norveçli Narve Laeret bir zərbə ilə 21 beton blokunu qırıb.

Heç birini sınamağınız məsləhət görülmür.