Müharibə haqlı olanın yox, güclü olanın qələbəsi ilə bitir. Savaş vaxtı əsas güc ölkənin sahib olduğu silahlarla ölçülür. Bu günümüzə qədər baş vermiş II Dünya Müharibəsindən fərqli olaraq III Dünya Müharibəsində daha güclü silahların olacağı dəqiqdir. Texnologiyanın, ölkələrin hərb sisteminin inkişafı bundan xəbər verir. Əgər dünya ölkələri arasında yenidən müharibə başlasa, qeyd etdiyimiz silahlar işə düşəcək…

  1. Exacto mərmiləri – ağıllı telefonlar, televizorlar olduğu kimi artıq ağıllı silahlar da istehsal olunur. Mərminin “ağıllı” olmasının başlıca səbəbi odur ki, atıldığı zaman qısa bir zamanda yönün dəyişmək mümkündür. Exacto mərmiləri hədəfə çatana qədər önündə olan bütün maneələri dəf edə bilir.

  2. Pulser və CHAMP – ABŞ ordusunun düzəltdiyi “Pulser” adlı yeni M4 tüfəngləri hədəfdə olan bütün elektronik əşyaları söndürə bilir. Daxili quruluşu gizli saxlanılır. Bu silahla təyyarələri sıradan çıxarmaq mümkündür. Amerika istehsalı olan “Champ” isə pilotsuz havada hərəkət edərək hədəfə alınan binadakı bütün elektrik sistemlərini söndürür.

  3. Etnik bioloji silah – Bioloji silahlar adlandırdığımız silahla ətrafa bakteriya və viruslar (xəstəliklər) yayırlar. 1983-cü ildə Cənubi Afrikada ağdərili və qaradərililərin ayrılması vaxtında ağdərililərin höküməti gizli və kimyəvi silah proqramı yaratmışdır. Laboratoriyalarda hazırladıqları maddəni qaradərili vətəndaşların yaşadığı ərazidə içməli suya qatmışdılar.

  4. Hibrit böcəklər (HI – MEMS) – Ötən illərdə avropalı alimlər beyinlərinə çip yerləşdirdikləri siçanların beyninə kabelsiz kompüterlə çipə siqnal göndərərək onları istədikləri kimi hərəkət etdirməyə nail olmuşdular. Hibrit böcəklər isə buna bənzər, ancaq daha müasir üsullarla hazırlanır. Metomorfoz vaxtında böcəklərin daxilinə yerləşdirilən çiplər sayəsində onlar casus kimi işləyəcəklər. Hərəkətləri uzaqdan idarə edilə bilir.

  5.  Poly WB-1 və aktiv rəddetmə sistemi – 2014-cü ildə Çinin istehsal etdiyi “WB-1” adlı silah hədəfə aldığı insanlara mikrodalğalı işıq göndərərək dərilərinin yanmağına səbəb olur. Lazer dərinin üst qismini yandırarkən, alt qatındakı suyu və hüceyrələri də qurudur. Bu silah 1 km uzaqlıqdakı insanlara belə təsir edə bilir. Təsiri 5 saniyə ərzində hiss edilir. Uzun müddət tətbiq olunsa qurbanın canlı-canlı bişməsinə səbəb olur. ABŞ-ın eyni funksiyalı “aktiv rəddetmə” silahı Əfqanıstana göndərilmiş, ancaq dünya tərəfində etiraz edildiyi üçün istifadə olunmamışdır.

  6. Göy gurultusu – İlk vaxtlarda İsrailli bağbanların istifadə etdiyi bu silah növü quşları tarladan qovmaq üçün istifadə olunurdu. Daha sonra İsrail ordusu tərəfindən təkminləşdirilən silah qulaqları narahat edən səs dalğaları yayır. Ətrafa yaydığı şokedici dalğalar 10 metr məsafədə uçan jet təyyarələrinin çıxardığı səsdən belə daha gurultuludur və saatlarla davam edə bilər. Silaha 10 metrdən yaxın olan insanlar qulaq partlaması səbəbindən ölürlər.

Biz bütün silahların istifadəsiz qalacağı, savaşın olmadığı dünya arzulayırıq… Sülh içində qalaq. 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂