Sizə heyvanlar haqqında bir çox məlumatlar təqdim etmişik. Budəfəki araşdırmamız ağıllı heyvanlar haqqındadır. Yer kürəsinin şüura malik varlığı insan olsa da, digər canlılar heç də bizdən geri qalmır. Heyvanların hissiyatı, hətta ağlı da bəzi insanlardan daha çoxdur. 😀

Siçovul – Siçovullara hər kəs iyrənc canlı kimi baxır və onların adını ilk eşidərkən bir çox yoluxucu xəstəliklərin daşıyıcısı kimi təsəvvür yaranır. Lakin bütün bunlar bir yana siçovullar olduqca ağıllı canlılardır. İlk əvvəl onlar öz aralarında ünsiyyətdə digər canlılardan daha ağıllıca davranır və bundan başqa istənilən şəraitə uyğunlaşan heyvanlardır. Onlar uzunmüddətli yaddaşa malikdirlər. Belə ki, onları qidalarını bir neçə dəfə istənilən yerdə gizlədə və həmin qidanı yenidən tapa bilərlər.

Yenot – Əksər insanın “zərərvericidir” kimi düşündüyü yenotlar, əslində ağıllı heyvanlardır. Ağzıbağlı zibil qutusunu açaraq, orada olan qidanı mənimsəmək yenotların hansı intellektə sahib olmasından xəbər verir. Bundan başqa yenotlar balalarına kiçik yaşlarında “mürəkkəb problemləri” həll etməyi öyrədir.

Pişik – Pişiklər bir çox insanların hiyləsi və ağlı ilə məşhur olan sevimli heyvanıdır. Pişiklər hər bir “komandanı” izləyə və öyrədilmiş qaydada “tapşırığı” yerinə yetirə bilər. Pişiklər sağ qalmaq üçün çox güclü və fövqəladə instinktlərə malikdirlər. Qısa zamanda həm ev şəraitinə, həm də vəhşi təbiətə alışırlar.

Dələ – Dələlər keçirilmiş bir neçə sınaqlarda elə də uğurlu heyvan sayılmasa da məsələ qida yığımına gələndə vəziyyət dəyişir. Bura qidanın toplanılması, saxlanılması, digər heyvanlar tərəfindən oğurlanmasının qarşısının alınması və s. daxildir. Dələlər qida əldə edilməsində o qədər mahirdirlər ki, onların yeməyini oğurlamağa cəhd edən “oğru”nu elə ilk anda tuturlar. Bundan başqa dələlər bir-birlərinə digər heyvanların niyyətini izah edə bilir və beləliklə, potensial “oğru” haqqında məlumatı öz aralarında qısa müddətdə paylaşırlar. Bu heyvanlar qüsursuz yaddaşa malikdir. Onlar qidalarını saxladıqları yerin xəritəsini daima öz beyinlərində saxlayırlar.

İt – İtlərdə ağlın səviyyəsi cinsindən aslı olaraq dəyişilir. İtlər daha asan öyrədilən heyvanlardır ki, bu da onların “sözəbaxan” olmasından irəli gəlir. Tədqiqatçılara görə itlər daha çox emosional intellektə malikdirlər, hansı ki, bu itlərin sahibinin “dərdinə şərik olma”sında özünü daha qabarıq biruzə verir. İtlər istənilən tapşırığı yerinə yetirmək qabiliyyətinə malikdirlər.

Fil – Fillərin özlərinə xas özünüdərketmə qabiliyyəti onlara heyvanlar aləmində özünəməxsus yer təyin edib. Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu düzəldirlər. Fillər çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər. Bundan başqa fillər güzgüdə özünü tanımaq qabiliyyətinə malikdirlər.

Delfin – Delfinlər heyvanlar arasında ən böyük beyinə malik olan canlılardandır. Alimlərin araşdırmalarına görə, onların öz aralarında özünəməxsus dili, hətta adları belə var. Delfinlərdə də, həmçinin güzgüdə özünütanıma qabiliyyəti vardır və onların yaşlı olanı ən yaxşı bacarığını daha gənc olana öyrədir. Tədqiqatlar nəticəsində məlum olub ki, delfinlər “mükafat”a layiq olan “hərəkət”lərini davamlı edə bilər ki, daha çox “mükafat”a yiyələnsin.

Şimpanze – Müəyyən olunmuşdur ki, bu canlıların geni ilə insan geni arasında eynilik çox faiz təşkil edir. Şimpanze planetdə ən ağıllı heyvan hesab edilir və müəyyən edilib ki, yaşadıqları mühitdə arzuladıqları nəticəyə nail olmaq üçün həmin mühiti idarə edə bilər. Onlar laboratoriyada təşkil olunmuş bir çox sınaqlardan, oxumaq, həyəcanlanmaq, xeyriyyəçilik və s. uğurlu keçmiş, hətta insanlar kimi rəqəm yadda saxlamaq kimi nümunəvi nəticələr əldə edilmişdir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂