İqtisadi böhranlar və onların yaranma səbəbləri

250

Artıq iki əsrlik bir müddətdə iqtisadiyyatda inkişaf edən sənayə cəmiyyətində dəfələrlə böhranlar müşahidə olunmuşdur. Hansı ki, bu böhranlar tədrici azalan istehsal, reallaşmamış məhsulların bazarda toplanması, qiymətlərin düşməsi, qarşılıqlı hesab sistemlərinin uçurumu, bank sistemlərinin çökməsi, sənaye və ticarət firmalarının iflası və artan işsizliklə müşahidə olunurdu.

İqtisadi dərsliklərdə iqtisadi böhran əmtəə və xidmətlər üzərindən tələb və təklif arasında əlaqənin pozulması kimi izah olunur.

Böhranlar bütün tarix boyu bəşəriyyəti izləyib. Sadəcə dövrlərdən asılı olaraq böhranlar müxtəlif səbəblərdən yaranırdılar: erkən böhranlar kənd təsərrüfatı mallarının çatışmazlığı səbəbindən yaranırdısa, 19-cu əsrin ortalarında böhran sənaye məhsulları ilə ödəmə qabiliyyətli tələb arasındakı əlaqənin pozulması səbəbindən yaranmışdır.

20-ci əsrə kimi baş verən iqtisadi böhranlar adətən 1,2 və maksimum 3 yaxın ölkəni əhatə edirdi. 20-ci əsrdən sonra isə iqtisadi böhranlar qlobal xarakter almağa başladı. Baxmayaraq ki, beynəlxalq cəmiyyətlər böhranın dünyəvi xarakter almaması üçün tədbirlər görür (təsərrüfat prosesləri üzrə dövlət nəzarətinin gücləndirilməsi, beynəlxalq maliyyə təşkilatlarının yaradılması və s.) böhranı qabaqcadan təxmin etmək yaxud qarşısını almaq qeyri-mümkündür. Avrasiya və Amerikada son iki əsrdə 20 böhran hadisəsi baş vermişdir.

Dünyada ilk beynəlxalq iqtisadi böhran 1857-ci ildə baş verərək ABŞ, AFR, İngiltərə və Fransanın təsərrüfat və ictimai həyatına zərbə vurmuşdur. Böhranın səbəbi isə dəmiryol şirkətlərinin kütləvi iflası və aksiyalarının düşməsi olmuşdur. Fond bazarının çökməsi isə ABŞ bank sistemində böhrana şərait yaratdı.

Növbəti beynəlxalq iqtisadi böhran 1873-cü ildə Avstriya və Almaniyada baş verdi. 1873-cü ildə yaranan bu böhran iri maliyyə böhranı kimi qiymətləndirilirdi. Böhranın yaranmasına səbəb Latın Amerikasında  kredit artımı və Almaniya, Avstriyada olan daşınmaz əmlak bazarının spekulyativ artımı zəmin yaratmışdır. Almaniya və Avstriyadakı artım Vyanada fond bazarının çökməsinə səbəb olmuşdur.ABŞ-da isə bank panikası Nyu-York fond birjasında aksiyaların düşməsi və ölkənin baş maliyyəçisinin dəmiryol şirkətinin iflasa uğraması ilə başlamışdır. Böhranın Almaniyadan ABŞ-a irəliləməsinə səbəb alman banklarının kreditlərin prolonqasiyasından imtina etməsi olmuşdur. Amerikan və Avropa iqtisadiyyatlarının resessiya fazasına (istehsalın çökməsi) daxil olması Latın Amerikası ölkələrində ixracın kəskin azalmasına səbəb olmuşdur. Bu böhran tarixdə qeydə alınan ən uzun maliyyə böhranı kimi 1878-ci ilə qədər davam etmişdir.

1914-cü ildə Birinci Dünya Müharibəsi ilə əlaqədar beylnəlxalq maliyyə böhranı hər iki yarımkürəni bürüyür. Səbəb kimi ABŞ, İngiltərə, Fransa, Almaniya hökümətlərinin hərbi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə xarici emitetlərin qiymətli kağızlarının satışı olmuşdur. Bu böhran digərlərindən fərqli olaraq mərkəzdən periferiyaya deyil, elə bir neçə yerdə eyni zamanda yarandı. Bu isə bütün bazarların (pul və əmtəə) çökməsinə səbəb oldu.

Növbəti beynəlxalq iqtisadi böhran müharibədən sonra yaranan deflyasiya və resessiya ilə əlaqədar 1920-1922-ci illərdə yaranmışdır. Böhran Danimarka, İtaliya, Finlandiya, Hollandiya, Norveç , ABŞ və İngiltərədə bank və valyuta böhranlarına zəmin yaratmışdır.

1929-1933 Böyük depressiya illəri. 1929-cu il 24 oktyabr (qara cümə axşamı) tarixində Nyu-York fond birjasında aksiyaların kəskin azalması baş verdi, hansı ki bu hadisədən sonra tarixin ən iri böhranlarından biri üçün başlanğıc oldu. Qiymətli kağızların dəyəri 60-70%-ə kimi düşdü, əhalinin iş fəaliyyəti kəskin azaldı və əsas dünya valyutaları üçün qızıl standartı ləğv olundu. Baxmayaraq ki, Birinci Dünya Müharibəsindən sonra ABŞ iqtisadiyyatı sürətlə inkişaf edirdi (milyonlarla aksiya sahibləri öz kapitallarını durmadan arıtırırdılar, istehlakçı tələbi yüksək templə artırdı,) hər şey bir anda çökdü. Böhran vaxtı aksionerlər 1929-cu ilin sonunda artıq 40 mlrd.  Dollar itirmişdilər və bu rəqəm fasiləsiz artırdı, firma və zavodlar ard-arda bağlanırdı, bank sistemi çökmüşdü, milyonlarla işsiz insan isə artıq ümidini itirmişdi. Böhran 1933-cü ilə qədər davam etdi, lakin onun təsirləri 30-cu illərin sonuna kimi iqtisadiyyat və əhalinin rifahında mənfi şəkildə əks olundu.

1973-cü ildə ABŞ-da başlayan iqtisadi böhran digər ölkələri əhatə etmə miqyasına və iqtisadiyyatı məhv etmə gücünə görə 1929-1933 illərdə olan böhranla eyni sırada durur. Beləki bu böhran bir çox ölkələrdə resessiya ilə bağlı olmuşdur. Eyni zamanda bu dövrdə “Neft partlayışı” adlanan hadisə də enerji qıtlığına səbəb olmuşdur. Beləki, OPEK ölkələri neft hasilatını azaldaraq neftin dəyərini əhəmiyyətli dərəcədə artırmışdılar.

1987-ci il Qara Bazar Ertəsi.  19 oktyabr 1987-ci ildə Amerikanın fond indekslərindən biri olan Dow Jones Industrial dəyərini 22,6% itirmişdir və bununla da amerika bazarı çökmüşdür. Amerika bazarının ardınca isə Avstraliya, Kanada, Honkonq bazarları iflasa uğramışdır.  Böhranın yaranma mənbəyi bir sıra iri şirkətlərin kapitallaşmanı azaltdıqdan sonra investorların xaricə axını olmuşdur.

1997-ci il Asiya böhranı. Cənub-Şərqi asiyada baş verən böhrana yaranmasına səbəb xarici investorların geri çkilməsi səbəb olmuşdur. Xarici investorların qeyd olunan addımı regiondakı milli valyutanın devalvasiyası və alıcılıq qabiliyyətli istehlakçıların qıtlığı ilə izah olunur.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: