Məlum olur ki, psixoloji komplekslər — insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqda səhv təsəvvürləri, onların şişirdilməsidir ki, bu da dərin və adətən kənar şəxslərdən gizlədilən narahatçılıqla müşayiət olunur. İnsanda olan komplekslərin əksəriyyəti adətən özü tərəfindən dərk olunmur. Komplekslər şüuraltı səviyyədə inkişaf edir və saxlanılır. Onların dərk olunması adətən çox xoşagəlməz hisslər yaşadır və bunun nəticəsində “senzura” bu məlumatın şüura ötürülməsinə mane olur. 

    Kompleks çox dayanıqlı psixoloji haldır, ondan tam qurtulmaq — hətta onun mövcudluğu dərk olunduqda və insan da ondan qurtulmaq istədikdə belə — praktik olaraq mümkün deyil. Komplekslərin davamlılığının bir neçə psixoloji izahı var. Birinci, komplekslər erkən uşaqlıq dövründə, yəni beyin hələ ona daxil olan məlumatı analiz etmək və seçmək üçün kifayət qədər yetkin olmadığı dövrdə formalaşır. İkincisi, şəxsiyyətin strukturunda komplekslərin əksəri bir-biri ilə öz aralarında və insan həyatında həm də müsbət rol oynayan müdafiəsi reaksiyaları ilə əlaqəli olur. Məsələn, natamamlıq kompleksləri insan şəxsiyyətində adətən rasionalizasiya və sublimasiya kimi müdafiə mexanizmləri ilə birgə rast gəlinir.

    Ən geniş yayılmış kompleks növü — mən natamamam…
Keçək kompleksin əlamətlərinə. Özünüzdə və yaxın ətrafınızda kompleks olduğunu necə və haradan müəyyənləşdirə bilərsiniz? Alimlərin gəldiyi nəticələrə inansaq, kompleksin ilkin əlaməti öz davranışına və ətrafındakıların hərəkətlərinə özünün qeyri-adekvat reaksiyalarına görə tez-tez və güclü narahatlıq və gərginliyin keçirilməsidir. Digər əlamətlər isə müxtəlif həyat situasiyalarına və digərlərinin davranışına müvafiq olmayan reaksiyaların verilməsi, digərləri tərəfindən qiymətləndirilən məsələləri həll edərkən sıxılma və əhəmiyyətli adamlarla görüş, söhbətdən öncə qorxu və narahatçılıq hissi… 

    Əlamətləri bir-bir özünüzdə tapdınızmı? İndi gəlin hansı kompleksin daşıyıcısı olduğunuzu müəyyənləşdirək. Ən çox yayılmış kompleks növü — natamamlıq kompleksidir. Bu kompleks insanın natamamlıq hissi olub, özünün digər insanlardan pis olduğunu və buna görə də daha pis davranışa layiq olduğunu düşünməsidir. Aşağıdakılar natamamlıq kompleksi üçün zəmin ola bilər:

  • insanın fiziki çatışmazlıqları — bədən quruluşunda, üzündə, bədəninin digər hissələrində olan müxtəlif qüsurlar.
  • daxili, psixoloji (ağıl, nitq, yaddaş, diqqət, bilik, qabiliyyət, vərdiş, bacarıq, xarakterinin xüsusiyyətləri daxil olmaqla) çatışmazlıqlar.

    Belə komplekslərin yaranma səbəbi adətən yeniyetmələrin yaşıdları ilə ünsiyyətində mənfi təcrübəsi, digər şəxslər tərəfindən tənqid (hətta əsaslı və obyektivdirsə də) olur.

    Komplekslərdən necə qurtulaq?
    Komplekslərdən qurtulmaq üçün ciddi psixoloq seanslarına o vaxt getmək lazımdır ki, artıq onlarla yaşamağın qeyri-mümkünə çevrilir. Əsas məsələ insanın öz komplekslərinə necə yanaşmasıdır. Əgər o bu kompleksləri o qədər də ciddi bir şey qəbul etmir və ona əhəmiyyət vermirsə, bu halda nə ətrafı, nə də özü üçün ciddi problem yaranır, amma çox nadir hallarda insanlar komplekslərinə səbirlə yanaşırlar. Bu halda nə etməli? Köhnə və sınaqdan keçmiş o məsəli xatırlayaq: nəyisə dəyişə bilmirsənsə, özünün ona münasibətini dəyiş. 

    Hər şey bu qədər sadədir, baş yormağa dəyməz…

 

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂