1. Fələk yıxmayanı kələk yıxar

 2. Fənd fəndi kəsər, Allah hər iksini

 3. Fərsiz qoyunu qurd yeyər

 4. Fit-fitnən gələn köpəyin qoyuna faydası olmaz

 5. Get özünə dost qazan, düşmən ocaq başındadır

 6. Təzə gələn gedənin dədəsinə rəhmət oxudar

 7. Gəlin ocağa, bərəkət bucağa

 8. Gəlini gərdəkdə, küçüyü dəməkdə

 9. Gəzəyən gəlinlə güləyən qızdan çarşı-bazardakı lotu yaxşıdır.

10. Görənin gözün töküncə, götürənin əlin kəs.

11. Görməmiş gördü gümüş, oldu qudurmuş.

12. Göz qənimini tanıyar.

13. Gözə qəlməyən gəlinin salamı savaşdır.

14. Gözəl bürünər, çirkin görünər.

15. Gözələ göz dəyər, qəlbə söz.

16. Gözəllərdə vəfa olmaz.

17. Haca gedən gəldi, sca gedən gəlmədi.

18. Hacı saydığımızın xaçı qoltuğundan çıxdı.

19. Halalzadə barışdırdı, haramzadə qarışdırdı.

20. Haralısan? – Hələ evlənməmişəm.

21. Harda gördün hamı kor, sən də ol kor.

22. Hayla gələn,huyla gedər.

23. Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.

24. Həmcinsin tanımayan ayağa düşər.

25. Hər xoruz öz çöplüyündə eşələnər.

26. Hər kələk adam, hər dölək iti aldadammaz.

27. Hər kəsin qarğası özünə bir qıeğıdır.

28. Hər kimin bağı var, ürəyində dağı var.

29. Hər kişi gücünə görə yük götürər.

30. Hər şey nazikliyindən sınar, insan yoğunluğundan.

31. Hər şeyə nəzər dəyər, ağıldan başqa.

32. Hər şeyin erkəyi keçər, sözün dişisi.

32. Həyalı qızarar, həyasız ağarar.

34. Hirs gələndə göz qızarar, hirs gedəndə üz qızarar.

35.Hiylə ilə tikilən ev, bahana ilə yıxılar.

36. Xain adam qorxaq olar.

37. Xala evinə dadanan ər evinə fayda verməz.

38. Xasiyyətini bilmədiyin atın quyruğunu əlləmə.

39. Xəbərçi köpək oğludur, ona qulaq asan əbləh köpək oğludur.

40. Xalqa it hürəndə bizə çaqqal ulayar.