Yeyərkən içindən şokolad sousu axan məşhur maffini hazırlamaq əslində düşündüyümüz qədər çətin deyil. Reseptini təqdim edəcəyimiz bu maffinin normal maffindən fərqi içində şokolad sousu olmasıdır.

Lazım olan ərzaqlar;

1 su stəkanı şəkər tozu, 1 çay fincanı duru yağ, 1 su stəkanı süd, 2 ədəd yumurta, 2.5 su stəkanı un, 1 paket qabartma tozu, 2 dolu xörək qaşığı kakao.

İçindəki sous üçün;

1.5 su stəkanı süd, 3 dolu xörək qaşığı şəkər tozu, 2 dolu xörək qaşığı un, 40 qram acı şokolad, 1 dolu xörək qaşığı kakao.

Sous hazırlamaq üçün süd, un, kakao və şəkər tozunu yaxşıca qarışdırın və qazın üzərinə qoyun. Zəif qazda davamlı qarışdırın tam hazır olana qədər. Ocaqdan kənara qoyub, üzərinə şokolad əlavə edin, əriyənə qədər qarışdırın. Soyuması üçün kənara qoyun.

Keks hazırlamaq üçün yumurta və şəkər tozunu yaxşı qarışdırın, yağ və süd əlavə edib qarışdırmağa davam edin. Un, kakao və qabartma tozunu da yavaş-yavaş əlavə edib qarışdırın. Maffin qabına 1 xörək qaşığı keks xəmiri tökün. Üzərinə bir yemək qaşığı sous əlavə edin, yenidən üzərinə keks xəmiri əlavə edin. Öncədən isti edilmiş 170 dərəcəli sobaya qoyun. Kekslərin üstü çatlayanda sobadan çıxarıb təqdim edin. 🙂