Mən dünyanı dəyişəcəm?

156

Bu aydın görünür ki, yox…

Hal-hazırda oxuduğun kitabla da dəyişməyəcək.

Dinlədiyin mahnı da dəyişdirməyəcək…

Hətta özünün yazdığı mahnı, şeir- hər nədirsə o da bu dünyanı dəyişdirməyəcək.

Məgər belə asandır qoca dünyanı dəyişdirmək?

İnanırsan ki, sənin rəftarın nəyisə dəyişəcək bu kök salmış düzəndə?

Əlbəttə dəyişəcək!

Sən hər zaman inan və istədiklərini et! Dəyişdiyini görmək istədiklərini dəyiş və hər zaman daha çox çalış daha yaxşı sən üçün…

Daha yaxşı sən?

Bu nədir? Daha yaxşı sən, özünü daha çox qəbul etməkdir. Özünü qəbul edib, daha çox sevməkdir. Axı bir şeyi dəyişmək istəyirsənsə ona çox sevgi verməlisən. Xoş və isti münasibət göstər ətrafındakılara, üzlərini güldür.

Xoşuna gələn nədir? Kitab yazmaq? Kitab yazaraq dünyanı dəyişdirəcəyinə inanırsan? O zaman dayanma! Bir kitab yaz…

Yazdığın kitabla heç nə dəyişmədi? Ruhdan düşmə, yenə yaz! Axı, sən çox inanaraq edirsən bunu!

İnamını və istəyini azaltma…

Artıq dünyanın dəyişdiyini görə bilərsən, artıq gəzdiyin yollar əvvəlki deyil. Yollarda daha çox rənglər görürsən, elə deyil mi?

Parlayan işıqlar gözlərini qamaşdırır. Nədən?

Çünki sən dəyişimin elə özüsən!

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Onesignal