Candy Chang və dostları Nyu Orleansdakı məhəllələrində olan köhnə bir tikilini götürüb, üzərini qara lövhə ilə örtüblər. Üzərində də “Ölmədən əvvəl…” yazaraq, insanları xəyallarını və diləklərini paylaşmağa dəvət ediblər. “Ölməzdən əvvəl nə etmək istərdiniz?” sualına tək bir cavab vermək çətin olsa da, məhəllədəkilər qısa zaman ərzində lövhəni fikirləri ilə yazıb doldurmuşlar.

Görülən maraq sayəsində eyni layihəni 4 ayrı şəhərdə də həyata keçirən Candy Chang, yavaş-yavaş başqa ölkələrdə də tətbiq etməyə başlamışdır. Hollandiya, Kanada, İspaniya, Avstraliya kimi bir çox ölkə də bu proyek həyata keçsə də, lövhələrə yazı yaza bilməyən insanlar üçün isə xüsusi veb saytı hazırlayıb. Beforeidie.cc adlı saytda siz də öz diləklərinizi yaza bilərsiniz.  Candy Chang 2012-ci ildə bu proyektə necə başladığını bir TED çıxışında dilə gətirir.


“Sahib olduğumuz ən önəmli iki şey zaman və insanlarla olan münasibətlərimizdir. Diqqət dağıdıcıların artmağa davam etdiyi dövrümüzdə, baxış bucağını qorumaq və həyatın qısa və qırılqan olduğunu xatırlamaq hər zamankından daha önəmlidir. Çox vaxt ölümü danışmaqdan, hətta düşünməkdən caydırılırıq, amma ölüm üçün hazırlanmaq ən çətin işdir. Ölümü düşünmək həyatımıza açıqlıq qazandırır.”

Bir çoxu ölməzdən əvvəl məzun olduğunu görməyi istərkən, kimisi xoşbəxtliyi sevgidə axtarıb, kimisi “onu axırıncı dəfə qucaqlamaq” yazıb. Dünyanı gəzmək istəyənlər, çevriliş etmək istəyənlər, pulsuz yaşamaq, məşhur olmaq, milyonlarla insana mahnı oxumaq və s. kimi diləkərlə siyahı uzanıb gedir…

Hollandiyalı 2 tələbə isə bu fikirdən təsirlənərək məktəblərinə “Məzun olmazdan əvvəl…” başlıqlı lövhə yerləşdirib. İnternet saytında bu mövzu ilə bağlı kiçik lövhəciklər də əldə etmək mümkündür. Ölümü sorğulayan bir proyektin bu şəkildə pul qazanması da, həyatın və dövrümüzün tələbi olsa gərək.

Son olaraq, həyatınızdakı bütün qarışıqlığı kənara buraxıb düşünün, ölmədən əvvəl nə etmək istəyirsiniz?