Dünyagörüşünüzü artıracaq maraqlı faktları oxumağa dəyər. 🙂

  1. İlk portağal narıncı rəng deyildi.

  2. Şotlandiya dilində qarı ifadə edən 421 söz var.

  3. Osminoqlar eyni vaxtda 56 000 yumurta qoya bilirlər.

  4. Pişiklərin arxa pəncələrində ayaq barmaqları daha azdır.

  5. Mavi balinalar bir dəfəyə yarım milyon kalori qəbul edir.

  6. Amerikanın bayrağı məktəbli tərəfindən dizayn edilib.

  7. Saxara səhrasının 1/4-i qumdur.

  8. Dinozavrların olduğu zamanlarda Ayda aktiv vulkanlar var idi.

  9. Ömür boyu böyüməyə davam edən 2 orqan var. Qulaq və burun.

  10. Film treylerləri çəkilişlər bitdikdən sonra təqdim olunur.

  11. Amerika hökuməti 2006-cı ildən 2017-ci ilə qədər hər kəsə açıq (public) paylaşılan tvitləri saxlayır.

  12. Yuxu görən canlı yalnız insanlar deyil, araşdırmalar görə siçanlar da yuxu görə bilir.

  13. ABŞ-da hər il 250 000 insan tibbdə baş verən səhvlər ucbatından həyatını itirir. Bu səbəb ölüm səbəbləri siyahısında 3-cü yeri tutur.

  14. Amerikanın 16-cı prezidenti olan Avraam Linkoln barmen olub.

  15. 2015-ci ildə espresso hazırlayan kosmosa göndərildi. İtaliya Kosmos Agentliyi kosmonavt Samanta Kristoforetti ilə birlikdə Lavazza markasının qəhvə maşını yola salıb.

  16. Böyük Britaniya Krallığı dünyada ən böyük krallıqdır.

  17. Penisillin ilk vaxtlarda “kifli su” adlandırılırdı.

  18. Baltik Dənizinin mərkəzində 170 illik şampan butulkası tapılıb.

  19. Nil Armstronqun saçı 2004-cü ildə 3000 dollara satılıb. Bu xoşbəxt alıcının adı Con Reznikovdur.

  20. Nikola Tesla mirvarilərə nifrət edirdi. Dahi fizik işə mirvari taxıb gələn köməkçisini evə göndərib.
Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry