Saç tökülməsi həm kişilərdə, həm də qadınlarda ümumi bir vəziyyətdir. Sağlam və balanslı bir pəhriz saxlayaraq hamının yaşadığı ən çox görülən problemlərdən biri olan saç tökülməsini azaltmaq sizin əlinizdədir. Daha güclü saçlar üçün süfrənizdə bu 9 qida olmalıdır.
Saç tökülməsinin səbəbləri hansılardır?
Saç tökülməsinə səbəb dərmanlar, xəstəliklər və genetik faktorlar səbəb ola bilər. Qeyd olunan qidaları mütəmadi qəbul etməyiniz saç tökülməsinin qarşısını almaqda sizə kömək edəcək. Lakin gün ərzində 100 tükdən çox tökülmə hiss etsəniz həkimə müraciət edin.
Kokos
Kokosun suyu və yağının tərkibində olan E, K vitaminlərinə, minerallara saçların ehtiyacı var. Saç dərisinin sağlam olmasını, saçların canlı və parlaq görünməsini təmin edir.
Ət
Protein kifayət qədər qəbul edilmədikdə saçın cansızlaşmasına və gec uzanmasına səbəb olur. Yağsız qırmızı ət ən çox protein olan qidadır. Bununla yanaşı dəmir əskikliyindən də saçlar tökülə bilər. Həkiminzdən məsləhət alaraq bu problemi də ət yeməklə aradan qalırmaq mümkündür.
Yumurta
Yumurta da protein mənbəyi sayılan qidalar içərisindədir. Toyuq yumurtasının tərkibi dəmir, fosfor, biotinlə zəngindir.
Kök
A vitamininin ən çox olduğu qida məhz kökdür. Adıçəkilən tərəvəz saçların parlaq və güclü görünməsində sizə yardım edir.
Nar
Qırmızı meyvələr qrupunda yer alan narda saçın ehtiyacı olan C vitamini, folik turşusunu var. Nar saçları bərpa edir və onların tökülməsinin qarşısnı alır.
Yulaf
Yulaf saçların qırılmasının qarşısını alır, bunu üçün səhər yeməyində və ya naharda yulaf yeməyiniz tövsiyə olunur.
Bunlardan əlavə, saçların tökülməsinə xeyir edəcək bir üsul da saçları qısa kəsdirmək və saçınıza uyğun şampunlardan istifadə etməyinizdir. Saç itkisi daimi hal aldığı zaman həkimə müraciət edin.