Bir həftəyə 15 kilo çəki atmaq üçün sehirli eleksir mövcud deyil, lakin düzgün qidalanaraq və idman edərək buna nail olmaq olar. Məqsədinizə daha tez çatmaq üçün sizə effektiv bir içki hazırlamağı təklif edirik.
Sizə lazım olacaq:
- 1 dəstə kərəviz
- 1 orta ölçülü xiyar
- 250 ml-lik stəkanla dolu doğranmış cəfəri
- 3 dilim təzə ananas
İçkinin hazırlanma qaydası:
Göyərti və tərəvəzləri yaxşıca yuyub, ananısı qabığından təmizləyib blenderdən keçirin. Hazır içkiyə duz, istiot və ya şəkər tozu əlavə etmək olmaz. İçki hazırlandıqdan 15 dəqiqə sonra, səhər saatlarında ac qarına içilməlidir.
İdman edərək, qidalanmanıza diqqət edərək və bu içkini içərək cəmi 1 həftəyə ciddi bir fərq hiss edəcəksiniz.
Bu içki necə işə yarayır?
- Kərəviz ən aşağı kalorili ərzaqdır – 100q kərəviz 16 kkal təşkil edir. Onun tərkibində olan selüloz mədədə toxluq hissi yaradır.
- Xiyarın da kalori dəyəri və tərkibindəki selüloz miqdari demək olar ki, kərəvizlə eynidir. 95% sudan ibarət olduğu üçün xiyar həm də su təlabatını ödəməyə kömək edir.
- 100q cəfəridə isə 3,3q selüloz var.
- 100q ananasda 1q həll edilməyən selülozun olmasına baxmayaraq onun kalori dəyəri cəmi 50 kkaldır. Və ən əsası ananas içkiyə xüsusi dad qatır.
Alimlərin apardığı araşdırma göstərmişdir ki, selüloz miqdarının rasionda artması, çəki atmağa yönəlmiş pəhrizlərin başlıca şərtidir.
Nuş olsun!