1. Testosteron miqdarı yüksək olan insanlar digər insanların qəzəblənməsindən zövq alır.
  2. Araşdırmalar göstərmişdir ki, bəzi insanlar doğuşdan riyaziyyatçıdır. Bəziləri isə – yox.
  3. Pessimistlik genetikdir, amma optimistlik deyil.
  4. Mahnı oxumaq narahatlığı aradan qaldırır və depressiya ilə mübarizə aparır.
  5. Bağırsaqların sinir sistemi ilə beyin biri birinə bağlıdır. Bu səbəbdən də bəzi emosiyalar, xüsusilə stress həzm sisteminə təsir göstərir.

  6. Təzə doğulmuş körpənin 270, yetkin insanın isə 206 sümüyü var.
  7. Hər 28 gündən bir dərimiz yenilənir.
  8. Bir addım atmaq üçün orta hesabla 200 əzələni işə salırıq.
  9. Ciyər bərpa oluna bilən yeganə orqandır. Əgər onu 25%-i sağlam qalmışdırsa, o əvvəlki formasını alır.
  10. 12% insan yalnız rəngsiz yuxular görür.

  11. İnformasiyanın beyinə getmə sürəti 400 km/s-dır.
  12. Qanımız dövran edərkən gün ərzində 19312 km qət edir.
  13. Bütün sinitlərimizin uzunluğu 45 km-dir.
  14. Ürəyimiz il ərzində orta hesabla 35 milyon dəfə döyünür.
  15. Oğlanların dilində dad reseptoru qızların dilindən daha çoxdur.

  16. Orta hesabla hər insan həyatı boyu 35 ton qida qəbul edir.
  17. Gülümsəyərkən 17, ağlayarkən isə 43 üz əzələsi işə düşür.
  18. Qan qrupların sayı əslində 29-dur.
  19. İnsan bədənində 60 000 mil qan damarı var.
  20. Aşiq olan insanın beyni neyromediat və hormonlardan ibarət bir şirə ifraz edir. Bu ürək döyüntüsünün güclənməsi, yuxusuzluq və iştahsızlığa səbəb olur.

  21. 30 dəqiqəyə insan bədənində yığılmış istilik 4 litr suyu qaynada bilər.
  22. Tənhalıq fiziki ağrılara səbəb olur.
  23. Əsas 5 hissdən əlavə bizim 15 hissimizdə var. Aclıq, susuzluq, hərarət, ağrı və s.
  24. Ağlamaq stresi və fiziki ağrıları azaldır. Yeri gəlmişkən, ağlayarkən və soğan doğrayarkən tökdüyümüz göz yaşının tərkibi eyni deyil.
  25. Bu məqaləni oxuduğunuz zaman orta hesabla 50 dəfə gözünüzü qırpdınız. Toplamda isə insan həyatının 5 ili göz qırpmağa sərf olunur.