Şimali Koreya haqqında bilmədiklərimiz

1054

Çox insanın bildiyi kimi Şimali Koreya “özünəməxsusluğu” ilə digər ölkələrdən seçilir, ancaq az-çox bu haqda məlumatımız olsa da, bu bilgini artırmaq lazımdır. Bilmədiklərimizi birlikdə öyrənək. 🙂

  • 3 milyon əhalisi olan paytaxtda kasıb, orta təbəqənin yaşama şansı yoxdur. Şəhər yalnız aristokratlardan, alimlərdən və s. ibarətdir. Digər şəhərlər tamamilə kasıb və baxımsızdır. Yoxsulluq siyahısında Somalidən belə öndədir.

  • Şimali Koreya hökuməti insanlara bir çox yalanlar danışır. Məsələn, “Cənubi Koreya ABŞ işğalı altındadır”, “Dünyada ən yaxşı ölkə Şimali Koreyadır”, “Digər ölkələrdə aclıq və səfalət daha çoxdur” və s.

  • Şimali Koreyada hər 5 ildən bir demokratik şəkildə seçkilər keçirilir, ancaq əhaliyə tək seçim şansı verilir, o da Kim Yong Un-dur. 🙂

  • Şimali Amerikalılar bu yazını görə bilməyəcəklər, ona görə yox ki bizi tanımırlar. Səbəb budur ki, Şimali Koreyada internet qadağan olunmuşdur, ancaq bir neçə dövlət saytları işləyir. Hələ bu hamısı deyil, sizin kompüter istifadə edib etməyəcəyinizə dövlət qərar verir.

  • Ölkədən xaricə getmək cinayət sayılır, ancaq istisna hallarda icazə verilə bilər. Şimali Koreyadan qaçıb Çinə sığınmaq istəyən şəxslər tapılıb edam edilir. Belə gözəl ölkədən vətəndaş niyə qaçsın ki? 🙂

  • Bəzi şəxslər istisna olmaqla digər vətəndaşlar üçün başqa ölkəyə zəng etmək qadağandır. Buna cəhd edən olarsa, ölümlə cəzalandırılır.

  • Ölkə məktəblərində riyaziyyat kimi fənnlər keçirilsə də, əsas mövzu tarixdir. Kim ailəsi haqqında hər bir dərsdə danışılır və insanlar hakimiyyət başçılarının müqəddəs olduğuna inandırılıb. Vətəndaşlar inanır ki, Kim Yong-Un istədiyi vaxt yağış yağdıra bilər.

  • Ölkə əleyhinə olan bir şəxs aşkar edildikdə, o xüsusi düşərgəyə göndərilir. Fikirləri dəyişmədiyi halda yaşamaq haqqı əlindən alınır. Bu düşərgələrin birində ana uşağı ağladığı üçün onu öldürmək məcburiyyətində qalmışdır.

  • Şimali Koreya xalqına görə “Cənubi Koreya” anlayışı yoxdur. Dünyada bir Koreya var. Ölkə rəsmi olaraq Koreya Xalq Demokratik Respublikası adlandırılır.

Ümid edirəm, bu postumuzdan sonra cənab Kim Yong bizi də edam etdirməz. Adını səhv tələffüz edən, yazan şəxs də cəzalandırılır.

In this April 13, 2012 photo, North Korean leader Kim Jong Un

**Düzəliş üçün: Kim Yong-Un

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: