Amerikanın Oklahoma şəhərində məktəblərinin birində təmir vaxtı ustalar tərəfindən, ötən əsrin əvvəllərinə aid olan və üzərində 1917-ci ildə şagirdlərin və müəllimlərin etdikləri yazıların və rəsmlərin olduğu sinif lövhəsi tapılmışdır.

Köhnə sinif lövhələrinin yerinə yeniləri asıldığından, köhnə yazılar günümüzə kimi gəlib çıxmışdır.

Onlardan birində 1917-ci ilin dekabr ayına olan təqvim çəkilmişdir.

Digərində isə ortasında və kənarlarında rəqəmlər olan qeyri-adi dairə çəkilmişdir.
Mütəxəssislər hesab edirlər ki, belə qeyri-adi üsulla uşaqlara hesab öyrədirdilər.
Bu pedaqoji metod bu gün amerika məktəblərində tamamilə unudulmuşdur.

Şəhər hakimiyyəti tapıntıları muzey eksponatı kimi saxlamaq istəyir.


