Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı tarixi faktlar, gedişat və çıxarılacaq dərs

1797

Bakıya yeni gəldiyimə görə Türkiyədə baş verən Hərbi çevirilişlə bağlı indi ətraflı məlumat əldə edə bildim.

Öncəliklə, onu deyim ki,

Türkiyə Cümhuriyyəti tarixində bu cür hərbi çevirilişlər bir neçə dəfə baş verib:

  • 1960-cı il 27 may tarixində baş verən hərbi çeviriliş.
  • 1971-ci ildə ordu tərəfindən hökumətin istefaya məcbur edilməsi
  • 1980-ci il 12 sentyabr tarixində baş verən hərbi çeviriliş
  • 1997-ci ildə ordu tərəfindən hökumətin istefaya məcbur edilməsi

Onu qeyd edim ki, hərbi çeviriliş çoxlarının düşündüyü kimi 1 gün içində yaradılıan, həyata keçirilən bir şou deyil! Hərbi çeviriliş müəyyən zaman kəsimində bəlli qrup tərəfindən hazırlanan və çox qısa zamanda həyata keçirilən cəld hadisədir. Əsasən də prezidentin həbs edilməsi, parlamentin buraxılması, televiziyanın və dövlət idarəlinin tutulması əsas plan hissələridir.

Bundan başqa hərbi çeviriliş iki cür həyata keçirilir:

  1. Ordunun başındakı generalın və ordunu idarə edənlərin əmrləri ilə əmr-zənciri şəkilində.

  2. Ordunun içində müəyyən qrupun ordu generalı və idarə edənlərinin əmri olmadan, əmr-zəncirindən kənar şəkildə.

Turkiyedecevrilisecehd


Məsələn, Türkiyədə baş vermiş ilk hərbi çeviriliş, 1960-cı il 27 may tarixində əmr-zəncirindən kənar bir qrup tərəfindən həyata keçirilimiş, prezident və digər dövlət adamları həbs edilmiş, hərbi cunta 1 il yarım hakimiyyətdə qalmış və 1961-ci ildə M.K. Atatürkün qurduğu Cümhuriyyətin qəbul etdiyi konstitusiyanı dəyişmişdir. Ölkədə ciddi iqtisadi və siyasi problemlər yaranmış və uzun müddət davam etmişdir.

1980-ci il 12 sentyabrda isə Ordunun başındakı general və idarəcilərin əmri ilə, əmr-zəncir şəklində hərbi çeviriliş baş vermiş və ölkədə 2 ildən çox siyasi partiyaların fəaliyyətinə icazə verilməmiş, yüzlərlə insan öldürülmüş, edam edilmiş və konstitusiya bir daha dəyişdirilmiş və cunta rejimin başındakı K. Evren prezident olmuşdur.


image

Dünən Türkiyədə baş verən hərbi çeviriliş nə kiminsə şousu deyil, nə kiminsə oyun planı deyil. Nə Ərdoğan nə kimsə belə bir şou göstərməyə cürət edə bilməz, çünki bunun kənar fəsadları ölkəni elə başda da bunu hazırlayanları məhvə aparar.

Dünən gecə Türkiyə Cümhuriyyəti ordusu içincə müəyyən bir qrup əmr-zəncirindən kənar bir hərbi çevirilişə cəhd etmiş və sonda uğursuz olmuşdur. Digər çevirilişlərdən fərqli olaraq, prezidenti həbs edə bilməmiş və məğlub olmuşlar.

Bunun ağır nəticəsi olacaqdır. İstər Türkiyə ordusuna, istər xalqa, istər ölkəyə, lakin Ərdoğan və hökumət də bundan ciddi dərs çıxarmalıdır.

1. Ölkədə haqq və hüquq tam bərqərar edilməli,
2. Cümhuriyyət dəyərləri bərqərar olmalı,
3. Söz azadlığı tam təmin edilməli,
4. Ordu əsil hərbiçilərə əmanət edilməli və təmizlənməli,
5. Ölkədə prezident idarəetməsinə keçiddən əl çəkilməli,
6. Siyasi arena danışıqları sürətləndirməli və problemlərin həlli yalnız siyasətdə axtarılmalı,
7. Ordunun daima üzərində dayandığı sekulyar idarəetmə üsuluna təhdid aradan qalıdrılmalı,
8. Bütün siyasi kəsimlərin birlikdə qəbul edə biləcəyi yeni konstitusiya hazırlanmalı,

Türkiyə Cümhuriyyəti əlbət ki, daima yaşayacaqdır! Lakin bu cür təhdidlər və ciddi problemlər ölkəni, cümhuriyyəti və toplumun inkişafını geri salır. Bunu hər kəs dərk etməlidir.


Hörmətlə, Tahmasib Alizada

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Onesignal