1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, əhalini vəhşicəsinə qətlə yetirməyə başladılar. Bu amansız soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil..

Soyqırımın şahidləri o günü belə xatırlayır:

  • Tank atmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən səpələnmiş meyidlər gördüm və onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm. (Həsən Allahyarov)

  • Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə və çoxlu ölmüş insan var idi. Onların sayı yüz olardı. Saymağa cəhd etmədim. Bu sahədə mən yaralanmışdım. Əlif Hacıyev yaralanmışdı və mən ona kömək etmək istədim. Güllə mənim qarnıma dəydi. Onların haradan atdığını görürdüm. Sahədə olan digər meyidlər də gördüm. Onlar yenicə öldürülmüşdülər – dərilərin rəngi hələ dəyişməmişdi. (Hicran Ələkbərova)

  • Naxçıvanikə səhər saat 8:00-də çatdıq və onlar atəş açan zaman bir sahənin ortasında idik. Onlar yalnız bir istiqamətdən – meşədən – atəş açırdı. Sonra biz bu sahədən həyat yoldaşım və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar təxminən iyirmi metr məsafədən öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu – baş, qarın və ayaq nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. [Ermənilər] onların üzüklərini götürmüşdülər. (Baloğlan Allahyarov)

  • Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların irəlidən öldürüldüyünü gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım. Onların üzərindən keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq. (Nigar Əzizova)

  • Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və onların atəş açmağa başladığını gördük. Bu sahədə altmışa qədər ölmüş insan gördüm. Mənimlə birlikdə qaçanlar yıxılaraq ölürdülər. (Əsir götürülən gənc azərbaycanlı qadın)

Bütün şəhidlərimizin rahat yatması və qanının yerdə qalmaması naminə, bu zülmü unutmayaq, unutdurmayaq!