Etiket — insanların məişətdə, xidmətdə, ictimai yerlərdə, küçədə, qonaqlıqlarda, müxtəlif növ rəsmi tədbirlərdə davranışını tənzimləyir. Yaşadığımız cəmiyyətdə hər bir fərd müəyyən olunmuş etiket qaydalarını bilməli və əməl etməlidir. Qadınlar üçün etiket qaydalarını bilmək daha zəruridir.

MÜASİR XANIMLAR ÜÇÜN ETİKET

Çantanı dizinizin və ya stulunuzun üstünə qoymaq olmaz. Balaca klatç-çantanı stolun üzərinə qoymaq, həcmli çantanı stulun belinə asmaq və ya xüsusi stul yoxdursa (belələrini adətən restoranlarda təqdim edirlər), döşəməyə qoymaq olar. Portfeli isə adətən döşəməyə qoyurlar.

Qadın qapalı məkanda şlyapa və əlcəkləri çıxarmaya bilər, ancaq papaq və təkbarmaq əlcəyə bu aid deyil.

Beynəlxalq protokola görə, bəzək əşyalarının ümumi sayı 13 ədəddən çox olmamalıdır, bura əl işi olan düymələr də daxildir. Əlcəyin üstündən üzük taxmırlar, ancaq qolbaq taxmaq olar.

Restoranda sifarişi ödəmə qaydası: əgər siz «Mən dəvət edirəm» demisinizsə, bu o deməkdir ki, hesabı siz ödəyəcəksiniz. Əgər qadın iş partnyorunu restorana dəvət edirsə, hesabı qadın özü ödəməlidir. Başqa bir vəziyyət: «Gəlin restorana gedək», bu halda hər bir kəs öz hesabını ödəyir və əgər kişi qadının əvəzinə ödəməyi təklif edirsə, qadın razılaşa bilər.

BUNLARI BİLMƏK VACİBDİR

Pəhriz saxladığınız barədə hamının eşidəcəyi şəkildə danışmaq yaxşı hal deyil. Hələ qonaqpərvər ev sahibəsinin təklif etdiyi yeməklərdən bu bəhanə ilə imtina etmək düzgün deyil. Mütləq onun kulinariya istedadını tərifləyin, bununla belə heç nə yeməyə də bilərsiniz. Eyni davraşını alkoqola qarşı etmək olar. Niyə içməməli olduğunuzu hamıya deməyə dəyməz. Bəyaz ağ şərab istəyin və yüngülcə dadına baxın.

Küçədə kişilər xanımların solunda getməlidir.

Alış-verişdə sizə verilən salafan və kağız paketləri yalnız ərzaqların daşınması üçündür. Onların gündəlik çanta kimi istifadə etmək yolverilməzdir.

İctimai yerlerdə telefonunuzu süfrəyə qoymayın. Belə etməklə siz bu rabitə qurğusunun həyatınızda nə dərəcədə mühüm rol oynadığını və ətrafdakıların danışdıqlarının sizə nə dərəcədə maraqsız olduğunu vurğulayırsınız.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂