Harda olursunuz olun, nə edirsiniz edin, hər zaman sevgi və özgüvənlə edin. Xüsusilə də mətbəxdə. Aşpazlıq bacarıqlarınızı inkişaf etdirmək üçün aşağıdaki məsləhətlərimizi diqqətlə oxuyun:

  • Yeməyə sarımsaq qataraq onu daha da ləzzətli etmək istəyirsiniz, ancaq qalıcı qoxu sizi narahat edir? Elə isə, yeməyi boşqaba tökməzdən öncə boşqaba sarımsaq çəkin.

  • Ciyərin sərt deyil, zərif alınmasını istəyirsinizsə, onu bişdikdən sonra duzlayın.

  • ın bəmbəyaz olmasını istəyirsinizsə, onu bişirdiyiniz zaman suya bir neçə damcı sirkə əlavə edin.

  • Bulyonun şəffaf olmasını istəyirsinizsə, onun içinə bir kub buz atın və qaynadın.

  • Lobyanın rəngini itirməsini istəmirsinizsə, onu bişirərkən qapağı kip bağlamayın.

  • Badımcanın acılığını aradan qaldırmaq üçün onu duzlayıb bir müddət saxlayın. Daha sonra soyuq su ilə yuyun.

  • Ətin qıpqırmızı qazmaqla örtülməsini istəyirsinizsə, onun üzərinə nar şirəsi çəkin daha sonra bişirin.

  • Şorbanın ləzzətinə ləzzət qatmaq üçün onu oddan götürməzdən öncə üzərinə yerkökü şirəsi əlavə edin.

  • Salata xüsusi dad qatmaq üçün onun üzərinə vanil tozu səpin.

  • Duzu limon şirəsi ilə əvəz edin. Beləliklə yeməyiniz daha sağlam olacaq  və xüsusi sitrus tamı ilə fərqləncək.