Süfrə arxasında əyləşərkən diqqətin yeməkdə olması ağızda qoyulmuş qidanın yaxşı çeynənilməsi çox vacibdir. Bəzən televizora baxa-baxa, bəziləri kompüterdə işləyərək, bəziləri qəzet və ya jurnal oxuya-oxuya yemək yeyirlər, bu da son nəticədə həzm prosesinin düzgün getməməsinə səbəb olur. Yeyərkən qətiyyən tələsməmək və tələsik olaraq qidanı normal şəkildə çeynənilməmiş udmaq düzgün deyil.
Hamı, əsasən də yaşı 35-i ötənlər pəhriz anlayışına və onun incəliklərinə fikir verməlidir. Əlbəttə, yeməklərin və qida məhsullarının müxtəlif olması hər bir orqanizm üçün lazımlıdır. Lakin əgər hər səhər adi səhər yeməyini menyudan çıxararaq bir müddət herkules sıyığı yeyilərsə, maddələr mübadiləsi mütləq orqanizm sahibini mükafatlandırılacaq. Bunula yanaşı 1 stəkan portağal, yerkökü və ya təbii meyvə yoqurtu da qəbul edilməsi ikiqat faydalıdır.
Sağlamlıq üçün ən böyük problemlərdən biri də qida rejiminin düzgün qurulmaması, yəni vaxtlı-vaxtında yeməkdir. Axşam yeməyini vaxtında düzgün yeyilməməsi sağlamlıq üçün daha təhlükəli nəticələr verir. Axşam yeməyi 19.00-da yeyilməlidir. Lakin təəssüf ki, Azərbaycan ailələrinin əksəriyyəti axşam saat 21, 22 və hətta bundan gec saatlarda şam süfrəsinə əyləşirlər. Bundan başqa bəzən belə bir fikir formalışıb ki “axşam işdən yorğun gəlirsən gərək də yaxşı yeyəsən” və çoxları bunu öz həyat tərzinə çevirir. İşdən yorğun gələn hər kəs axşam yeməyindən sonra divana əyləşib televizora baxır və bu proses ən çoxu 10-15 dəqiqə davam edir, çox keçmir ki, divanda yatır. Deməli, qida qəbulundan sonra heç bir fəaliyyət , yəni hərəkətlilik baş vermir və qəbul olunmuş yüksək kalorili qida mədədə toplanmış qalır.
Həmin proses gündəlik olaraq, bir çox ailələrdə baş verir, yəni hər gün axşam yeməyindən sonra mədə, mədəaltı vəz və qaraciyər bir növ ağırlıq altında qalıb boğularaq fəaliyyət göstərməyə məcbur qalır və nəticədə əksər hallarda həmin orqanlarda müxtəlif cür xəstəliklər əmələ gəlir.

Bundan əlavə bəzən insanlar yeməkdən sonra şirin və turş meyvələri qatıb-qarışdırırlar ki,bu da orqanizmdə şlaklar yaradır..

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Yemək mədəniyyəti" A few seconds ago