Ən iri məməli. Yerkürəsinin ən iri məməlisi sualtı dünya sakini – balinadır. Çəkisi 160 tona çatan bu nəhəngin uzunluğu 33,58 m olur.

    Ən iri molyusk – Avstraliya yaxınlığında tutulmuş molyuskun uzunluğu 1,09m, eni 0,73 m, çəkisi 262,9 kq çatıb.

    Balığın uçuş rekordu. Ən böyük məsafəy dördqanadlı uçanbalıq uçur. Onun rekord göstəricisi belədir: 11 metr hündürlükdə 90 saniyə ərzində 110 metr.

    Ən böyük balıq – balina köpəkbalığıdır. Onun uzunluğu 18 m olub, çəkisi 43 tondur.

    Ən böyük sümüklü balıq – eni uzunluğundan çox olan ay – balıqdır. Onun ölçüləri: uzunluğu – 3 metr, eni – 4,26 metr, çəkisi 2,25 tondur.

    Ən çox kürü verən balıq – bu göstəriciyə görə də ay –balıq hamını üstələyib. Dişi ay-balıq bir dəfəyə 300 milyon kürü dənəsi qoyur.

    Yer kürəsində ən dərin yer – Sakit okeanda yerləşir. 11033 metrə bərabərdir. Su səthindən buraxılmış 1 kq-lıq polad kürə bu məsafəni təxminən 63 dəqiqəyə qət edə bilər.

    Ən böyük balıq sürüsündə 3 milyard fərd olub. Özüdə bu sürü siyənək balıqlarının sürüsü imiş.

    Ən uzun miqrasiya- 7500 km-lik məsafə qət edən Avropa angvillərinə məxsusdur.

    Ən uzunömürlü balıq balina köpəkbalığıdır. O, 70 ilə yaxın yaşaya bilir. Şimal dənizlərində üzən paltuslar da 60 il yaşaya bilirlər.

    Su altında ən çox qala bilən canlı kaşalot sayılır. O, yeni hava udumu almadan düz 1 saat 52 dəqiqə su altında qala bilir.

    Ən zəhərli maddə – şümşad meduzanın zəhəridir. Onun zəhəri adamı 15 saniyədən 30 dəqiqəyə qədər qısa bir müddətdə öldürə bilir. Yapon şişkin balığının zəhəri isə kurare zəhərindən 200min dəfə (!) təsirlidir.

    Ən xırda balıq – Marşall adaları sahillərində yaşayan qobi balıqlarıdır. Onların uzunluğu cəmi 16 mm-dir.

    Ən yüngül balıq – şindleriya prematurus balıqlarıdır ki, onların çəkisi vur-tut 2 mq-a çatır.