Holland muzeyi Drente-nin mütəxəssisləri kompyuter tomoqrafiyasının köməyi ilə 11-12-ci əsrə aid olan budda heykəlində mumiya aşkar ediblər. Mumiya Çin meditasiya məktəbinin ustadı Lüsiana aiddir.

    Tədqiqat nəticəsində məlum olmuşdur ki, monaxın orqanları heykələ yerləşdirilməmişdən öncə çıxarılmış və yerinə çin heroqrifləri ilə yazılar yazılmış vərəqlər yerləşdirilmişdir. Alimlər həmin yazıları tədqiq edib, əldə olunmuş məlumatları Lüsianın monoqrafiyasına daxil etmək niyyətindədirlər.

    Xatırladaq ki, heykəllərdə aşkar olunan mumiyalar arxeologiyada yenilik deyil. Beləki, bir neçə il əvvəl çin arxeoloqları yaşı min ildən çox olan miniatür in havasında (çinin milli, ənənəvi memarlıq nümunəsi) buddizmin banisi olan Siddhartaya aid kəllə sümüyünün kiçik hissəsini aşkar etmişlər.