Turist portalı Budget Travel dünyanın itməkdə olan on möcüzəsinin siyahısını hazırlayıb. Möcüzələrin 2030-cu ilə qədər məhv olacağı bildirilir. 


1.Belizskiy baryer rifi
Belizskiy baryer rifi hələ 1998-ci ildə zədələnərək 50% mərcan itirmişdi. Əraziyə çoxlu turist axını da möcüzənin itməsinin səbəblərindən biridir. Həmçinin qlobal istiləşmə də bunun səbəblərindən biridir. 
 
2.Konqolez çökəyi
Konqolez çökəyi Amazon hovuzundan sonra cunqli kütləsinə görə ikinci ərazidir. 2040-cı ilə qədər flora və faunanın üçdə ikisinin məhv olacağı gözlənilir. Meşələr mədənlərə görə qırılır. O cümlədən Afrikada partizan müharibələri də meşələrin qırılmasına səbəbdir. 

3.Ölü dəniz
Son qırx ildə dənizin sahəsi üç dəfə azalıb. Ölü dənizə su yalnız İordan çayından axır. Lakin ətraf ölkələr çaydan daha çox su götürdüyündən su azalır. 50 ildən sonra Ölü dəniz ümumiyyətlə olmayacaq. 
 
4.Everqleyds Milli Parkı (ABŞ, Florida)
Ərazinin böyük hissəsini tutan bataqlıq ətraf fermalara görə çirklənir. Suyun isə 60%- yaxın şəhərləri və fermaları təmin edir. Nəticədə Florida panterasının yaşadığı yeganə park 1900-cü ilə nisbətən iki dəfə balacalaşıb. 40 ildə Florida panterası və daha 20 növ canlı məhv olacaq. 

5.Madaqaskar
Əgər bu Afrikanın ada dövlətinin meşələri xilas edilməzsə 35 ildən sonra məhv olacaq, canlılar qırılacaq. Qoruqlar ölkənin cəmi 5%-ni əhatə edir. Bəzi canlılar hələ indiyə qədər öyrənilməyiblər. Çox güman onlar heç tanınıb, öyrənilmədən məhv olacaqlar. 
 
6.Maldiv adaları
Əgər qlobal istiləşmə davam edərsə bu ada batacaq. 2008-ci ildə ölkə rəhbərliyi digər ölkələrdən torpaq əldə etmək barədə  çıxış etdi. Xüsusilə də Hindistandan əldə edilmiş torpaqlara yerli əhali məcburi köçürüləcək. 
 
7.Cənub və Şimal qütbləri
Qlobal istiləşmə Antarktidanın 80% pinqvinlərinin məhvinə aparır. Arktikada artıq ağ ayılar tükənmək üzrədirlər. 
 
8.Pələnglər
Dünyada pələnglərin yarıdan çoxu Hindistanda yaşayırlar. Vəhşi təbiətdə cəmi 3200 pəıəng qalıb. Baxmayaraq ki, 1900-cü ildə onların sayı yüz min idi. 12 ildən sonra pələnglərin məhvi gözlənilir. Çin ənənəvi təbabətinə görə az qala hər gün bir pələng öldürülür. 

9.Cunqli Taxuamanu (Peru)
Perunun Madre de Dios əyalətində dünyanın sonuncu qırmızı ağacları bitir. Onlar məhz Taxuamanu cunqlisində bitirlər. Lakin qeyri-qanuni qırılmalara görə onların sayı azalır. ABŞ-da qırmızı ağacların 80%-i baha qiymətə alınır. Çünki bu ağaclardan hazırlanan mebellərin qiyməti milyonlarla dollardır. O cümlədən qızıl axtarışları da Cunqlinin sistemini pozur. 
 
10.Yanzçı çayı hovuzu
Bir çox müşahidəçilər, o cümlədən Çinin rəsmi şəxsləri artıq etiraf ediblər ki, bu ərazidəki flora və fauna məhv olma təhlükəsi altındadır. Bunun səbəbi isə meşələrin qırılmasıdır. O cümlədən zəlzələlərin də təsiri var.