Jeans sözü Fransiz mənşəli olub bleu de Gênes (hərfi tərcümədə) Genuyanın göyü və ya mavisi mənasını verir.

Jeans İtalyanın Cenova şəhərində 16-ncı əsrdə çıxarılan və sonra İngiltərədə məşhur olan bir parça növüdür.Cins pambıq, kətan və yun qarışığından toxunur.

Cins şalvarı kim icad edib? 18-ci əsrdə gec xarab olması səbəbiylə işçi geyimlərində istifadə edilən denim parçalardan 19-uncu əsrdə mədən işçiləri üçün şalvar tikildi. Denimdən şalvarın istehsalını 1853-cü ildə Levi Strauss başlatdı. Şalvarla başlayan istehsal köynək, paltar, pencək,yubkayla davam etdirildi. Amerikalı əsgərlər tərəfindən dünyaya tanıdılan bu parçadan geyimləri Wrangler və Lee kimi firmalar da çıxarmağa başladı. Ceyms Dean, Elvis Presley və Marlon Brando kimi dünyaca məşhur insanlar da cins geyinməyə başladı və beləliklə cins dəliliyi bütün dünyaya yayılmağa başladı.Levi Strauss tərəfindən çıxarılan ilk cinsin rəngi qəhvəyi idi.

Jeans və ya denim-in mənşəyi kimi iki mənbə göstərilir:
1) Fransanın kiçik şəhəri Nîmes, hansıki “denim” (de Nîmes) (pambıq tarça) deməkdi
2) Hindistanda Dongari Killa hansıki “dungarees” (bərk pambıq parça) deməkdi

Bu parçadan məhbuslar üçün də uniformalar tikilməyə başlayır. Həmin paltarları Cool Hand Luke filmində görmək olar.

Cins demək olar ki, işçi paltarı idi, xüsusəndə II Dünya Müharibəsində fabrik və zavodlarda. Həmin dövürlərdə kişi cinsləri qabaqdan, qadin cinsləri isə sağ böyürdən bağlanırdı. Köhnə şəkillərdə cinsin on illiklər ərzində formasının dəyişmədiyi, boş və rahat paltar kimi geyildiyi görsənir.Bu 1960cı ilə qədər belə davam edir.

Cinsə ilk papulyarlıq isə James Dean tərəfindən Rebel Without a Cause, filmində gəlir. Bu filimdən sonra 1950 -ci illərdə, cins sanki gənc və yeniyetmələrin üsyan sinvolu oldu. Buna görə onlar məktəblərdən, restoranlardan, kino-teatırlardan qovulurdular. Bu gün isə cins üçün bu cür yerlərdə qapılar açıqdı.

1960-ci illərdə cins Birləşmiş Ştatlarda dəbə girməyi bacardı və öz xüsusi yerini tutdu.

1970-ci ildə GWG kimi tanınan “Great Western Garment Co.” denimi təkmilləşdirdi, o geyinmək üçün daha rahat formaya salındı.

1970-ci illərdən başlayaraq xüsusən de 1980-1990-cı illər cins bütün dünyanı gəzir, Prizidentlərdən tutmuş ta ki sadə fəhlələrə qədər hamının qardirobunda özünə yer tutur.