Təbiət əsrlər boyu insanın ilham mənbəyi olub. İnsanlar təbiətdən daima yeniliklər öyrənir, çünki ən yaxşı müəllim dərsliklər deyil, nümunələrdir.

    1. Təbiətin ilk dərsini ağacdələn izah edir: “Real fokslaşma” mövzusu. Ağacdələn bir çox məsələlərdə bizdən ağıllıdır. Düzdür o, başı və xüsusilə də dimdiyi ilə ağacı deşir, amma o, həmişə dimdiyini dəqiq bir yerə vuraraq sanki ağacı ortadan bölmək istəyir. Ağacdələn ağacın müxtəlif yerlərin “dimdikləmir”, o, dəqiq fokslaşıb. Bu quş ağacda yavaş-yavaş oyuq açaraq öz məqsədi olan ağac qurduna yaxınlaşır. Bu cür yanaşma insanlara çox kömək olur : öz məqsədində fokslaşaraq bütün səylərini bir yerə toplamaq.

    2. Təbiətin ikinci dərsini balıq öyrədir: “Axın” mövzusu. Bütün ictimai fikirlərə əks olaraq balıq həmişə axına qarşı üzür. Balıq bunu öz həyatını çətinləşdirmək üçün deyil, yanından böyük miqdarda su axının keçirtmək üçün edir. Belə olduqda onun yanından böyük su axınının tərkibində daha çox qida və oksigen keçmiş olur. Bu üsul onun həyatını qida və oksigenlə zənginləşdirir. İnsanlar isə adətən axına qoşulub öz həyatını yaşamaq əvəzinə, öz həyat təcrübəsini toplamaq əvəzinə  standart, az imkanlar təklif edən bir həyata sahib olurlar. İnsanlar həyatın komfortlu zonasından çıxmaq istəmir və sonda həyatdakı şanssızlıqdan şikayətlənirlər. Necə deyərlər: insanlar lotereya uduşunu lotereya biletini almadan udmaq istəyirlər.

    3. Təbiətin üçüncü dərsi kiçik şir balalarından gəlir: “Üzünü qana bulaşdır”. Balaca şir balaları hər şeyi olduqca tez öyrənirlər. Şir balalarının mənimsədiyi bacarıqlar, biliklər praktikada qazanılıb. Onlar dəqiqliklə bilirlər ki, ov etməyi öyrənmək üçün üzünü qana bulaşdırmalısan. İnsanlar isə adi bir cəhddən də qorxurlar. Nəzəriyyəni əla bilib təcrübəyə girişməmək bir çoxlarının bağışlanılmaz səhvidir.

    4. Təbiətin dördüncü dərsini itlər öyrədir: “Quyruğunu birinci tərpət “. 21-ci əsrdə sənin etdiklərin yox, sənin başqalarını həvəsləndirərək etdirdiyin vacibdir. İtlər buna aid əla nümunədirlər. İtlər əvvəlcə özləri öz hisslərini ötürür sonra ona lazım olanı asanlıqla əldə edir. Bununla bərabər, o sizi buna məcbur etmir, amma elə hərəkət edir ki, siz onun tələblərini yerinə yetirməyi özünüz sevərək istəyirsiniz.

    5. Təbiətin beşinci dərsini ilan öyrədir: “Ağlama “. İlan şikayətlənmir : “Əlim yoxdur, ayağım yoxdur, görmə qabiliyyətim zəifdir , məni heç kəs sevmir, yumurtadan çıxdığım andan valideynlərim qayğıma qalmır“. İlanlar özlərində olan keyfiyyətlərlə kifayətlənirlər. İnsanlar da bu “əlil“ heyvanlardan qorxur, çünki bu heyvan bütün fiziki məhdudiyyətlərinə baxmayaraq özünü qoruya və tam yaşaya bilir.