İndi əlinizdə tutduğunuz iPhone-lar heç də həmişə belə incə və zərif olmayıblar.

Apple fanatları illərdir ki, internetdə iPhone fotolarını görürlər. Amma siz Apple telefonunun lap ilkin versiyasını hələ görməmisiniz. Foto 2000-ci illərə aiddir. Onda iPhone-lar hələ təzə düzəldilirdi. Fotonu göndərən Apple firmasının işçisi adının çəkilməsini istəməyib. İlk iPhone-lar çox böyükdür, az qala notebook böyüklüyündədirlər. İlk iPhone-nun ölçüsü 5×7, qalınlığı isə 2 düyümdür.