Aşağıda görəcəyiniz balaca qızın adı Ravendir, Jack isə onun itidir. Onların maraqlı dostluğunu çəkən Ravenin anası Robin Pederson Brazilldir. Robinin dediyinə görə, qızı doğulduğu gündən bəri Jack onu tək qoymur. Raveni hara aparsalar, Jack də onunla gəlmək istəyir. Robin onların bu pozitiv və şirin münasibətini gözəl fotosessiya ilə bizə təqdim edir.