QİÇS

    1970-ci illərin ortalarında yeni bir xəstəlik meydana gəldi. Bu xəstəlik QİÇS və ya qazanılmış immun çatışmazlığı sindromu adlandırıldı. Mütəxəssis və həkimlər ilk zamanlarda bu xəstəlik haqqında heç nə bilmirdilər, lakin indiyə qədər QİÇS 25 milyon insanın ölümünə səbəb olmuş və təxminən 50 milyon insan bu xəstəliyə yoluxmuşdur. QİÇS bütün dünyada rast gəlinən bir xəstəlikdir, lakin cənubi Afrika, Asiya və Amerika Birləşmiş Ştatlarında digər ölkələrə nisbətən daha çox şəxs QİÇS-in qurbanı olmuşdur.

    QİÇS-in yaranma səbəbləri

    QİÇS xəstəliyi HİV virusu səbəbi ilə yaranır. Bu virus insan yoluxmuş qan və ya orqanizmə məxsus digər mayelərlə təmasda olduqda orqanizmə daxil olur. Öskürmək, asqırmaq və əl sıxmaqla QİÇS virusu insanı yoluxdurmaz. Həmçinin yoluxmuş şəxslə eyni bir otaqda olmaqdan qorxmayın.

    HİV xəstəliklər ilə mübarizə aparan orqanizmin immunitet sisteminin bir hissəsi olan ağ qan hüceyrələrini məhv edir. İllər keçdikcə orqanizm getdikcə daha çox zəifləyir. Adi halda ölümcül olmayan xəstəliklər belə həyatınıza son qoya bilər. QİÇS virusu sinir sisteminə təsir edir, göz və beyinə zərər yetirir. QİÇS xəstələri çox vaxt sətəlcəmə tutulur və dünyalarını dəyişirlər. İlk vaxtlar heç bir fərqlilik hiss etmədiyiniz üçün virusa yoluxduğunuzdan xəbəriniz olmaya bilər. Hətta başqa insanları yoluxdurduğunuz zaman xəstə olduğunuzu bilməyə bilərsiniz.

    Baxmayaraq ki, həkim və mütəxəssislər uzun zamandan bəri xəstəliyin çarəsini tapmağa çalışırlar, hələ də hər hansı bir vaksin kəşf olunmamışdır. Düzgün müalicə olunduqda HIV virusu ilə uzun illər yaşaya bilərsiniz.

    1980-ci illərdə QİÇS həmçinin qanköçürmə vasitəsilə bir insandan başqasına keçirdi. Dövrümüzdə həkimlər qana ehtiyacı olanlara qan köçürməzdən əvvəl qan testləri edirlər.

    HİV qida və ya hava vasitəsilə insanı yoluxdura bilməz. İnsanın qohum, iş yoldaşı və dostu tərəfindən yemək yemək üçün lazım olan ləvazimatları, hamam otağını bölüşmək , qucaqlaşmaq, öpüşmək kimi təsadüfi və ya gündəlik şəkildə təmasda olmaqla hələ indiyə kimi heç kim yoluxdurulmamışdır.

    HİV-in tər, göz yaşı, qusmaq, sidik kimi orqanizmə məxsus digər mayelər vasitəsilə heç bir yoluxma halları qeydə alınmamışdır. Ağcaqanad, birə və digər həşəratlar HİV virusunu insanlara keçirə bilməz.

    QİÇS-in tarixi

    QİÇS ola bilsin ki, insanların onun mövcudluğundan belə xəbəri olmadığı Afrikada yaranmışdır. Amerikalı həkimlər bu virusu ilk dəfə 1981-ci ildə aşkarlamışlar. Bu virus qərbi Afrikada şimpanzedən yayılmışdır.

    İnsanlar virus heyvanları ovladığı zaman yoluxmuş qanla təmasda olduğu zaman keçmişdir. 1980-ci illərin əvvəlləridə əksəriyyəti Amerika Birləşmiş Ştatlarında olmaqla homoseksuallar bu virusa yoluxmuşlar. Virusla yoluxmuş digər ilk QİÇS xəstələri çirkli iynələrdən istifadə edən narkomanlar olmuşdur.

    Necə bilə bilərəm ki, virusa yoluxmuşam?

    Virusa yoluxduğunuzdan dərhal sonra bəzi insanlarda müvəqqəti, yüngül qrip xəstəliyinə məxsus əlamətlər və ya vəzlərin şişməsi kimi hallar müşahidə olunur. Hətta sağlam görünsəz və ya özünüzü yaxşı hiss etsəz belə bu virusa yoluxmamısınız demək deyildir. HİV virusuna yoluxub-yoluxmadığızı dəqiq bilməyin yeganə yolu HİV üçün tibbi test etməkdir.

    Necə bilə bilərəm ki, hansısa insan QİÇS/HİV virusunun daşıyıcısıdır?

    İnsanların xarici görünüşünə baxmaqla onların HİV virusuna yoluxub-yoluxmadığını və ya onlarda QİÇS xəstəliyinin olub-olmadığını müəyyənləşdirə bilməzsiniz. Yoluxmuş şəxs tamamilə sağlam görünə bilər. Hətta onda əlamətlər özünü göstərməsə belə HİV viruslu xəstə başqa insanları da yoluxdura bilər.

    Bəzi insanlarda HİV-ə yoluxduqdan dərhal sonra QİÇS xəstəliyi yaranır, lakin əksər insanlarda 10-12 ilə qədər əlamətlər özünü göstərmir, hətta bəzi insanlarda daha çox müddət ərzində əlamətlər meydana çıxmır.

    Dünyada HİV və ya QİÇS daşıyıcısı olan təxminən 34 milyon insane vardır. Onların əksəriyyəti virusa yoluxduğunu bilmir və ola bilsin ki, bunu başqa insanlara keçirirlər və təqribən 50 000 amerikalı hər il HİV virusuna yoluxur.

    HİV virusuna yoluxmuş şəxslərin qan, vaginal axıntı və süd kimi orqanizmə məxsus maye maddələrində virus vardır. Virus yalnız HİV daşıyıcısı olan şəxsin orqanizminə məxsus maye maddələri başqa şəxsin qanına daxil olduğu zaman keçir.

    HİV şprisdə bir ay və daha artıq qala bilər. Bu səbəbdən iynə vuran şəxslər şprisi yenidən istifadə etməməlidir. Buna qanuni və qeyri-qanuni maddələrin iynə ilə vurulması zamanı istifadə olunan iynə və şprislər o cümlədən pirsinq və tatu üçün istifadə olunan iynələr daxildir. 

    Hamilə olan və ya hamilə olmağa hazırlaşan qadınlar HİV virusu üçün test etdirməlidir. ABŞ-da anadan uşağa HİV-in keçməsi halları olduqca azalmışdır, çünki hamilə qadınlara müntəzəm olaraq HİV testi etdirilir. Testdə müsbət nəticə çıxdıqda HİV-in dölə və ya körpəyə keçməməsi üçün onlara dərman maddələri verilir və uşaqlarını döşlə əmizdirməmələri məsləhət görülür.