Şirkətin bildirdiyinə görə 1 milyardıncı HELL bir müddət əvvəl istehsal edilib və ən nüfuzlu yerdə istifadə olunacağı tarixi hadisəni gözləyib.

HELL ENERGY qlobal kampaniyasının siması olan Hollivud aktyoru Brus Uillisə yeni reklam çarxının çəkilişləri zamanı hədiyyə etmək üçün 1 milyardıncı HELL bankasını seçib. Aktyor həm çəkilişlərdə, həm də öncədən dadmaq üçün ona enerji içkisi göndəriləndə HELL-i çox bəyənib. Buna görə də şirkət tarixi əhəmiyyətli HELL-in aktyora ən gözəl hədiyyə olacağını düşünüb.

Beləliklə, komanda öz zavodunda istehsal olunmuş və vacibliyinə görə xüsusi yerdə saxlanılan 1 milyardıncı HELL bankasını Nyu-Yorka aparıb. Hədiyyəni təqdim edərkən Brus Uillis təəccüblənsə də, onu təbəssümlə qəbul edib və evində digər dəyərli əşyaların sırasında saxlayacağını bildirib.

Qeyd edək ki, Azərbaycanda enerji içkisi bazarında liderliyə sahib olan HELL Macarıstan istehsalıdır və hazırda 50-yə yaxın ölkəyə ixrac edilir. Şirkətin zavodunda hər gün 4,5 milyon ədəd enerji içkisi istehsal olunur.