Mətbəx adətən xanımlar üçün ayrı bir dünyadır. Əgər mətbəxdə yenisinizsə və aşpazlıq əsərlərinizi peşəkarlıqla hazırlamaq istəyirsinizsə, aşpazların məsləhətlərini diqqətlə oxuyun:

  • Qızartma yeməklər hazırlayarkən, yağın tavadan sıçramaması üçün tavaya az miqdarda duz səpin.
  • Ətin üstünün qıp-qırmızı qızarması üçün ona bal çəkin, daha sonra qızartmağa başlayın.
  • Ciyərin zərif və yumşaq olmasını üçün onun üzərinə şəkər tozu səpin.
  • Yumurtanın qaynayarkən çatlamasını istəmirsinizsə, onu əvvəlcə soyuq suda yuyun.
  • Düyünün dən-dən olması üçün bişirməyə başlamazdan öncə düyünü yarım saat ərzində soyuq suda isladın.


  • Solmuş şüyüd və cəfərini canlandırmaq üçün göyərtiləri su və sirkə qarışımında saxlayın.
  • Kartof dilimlərinin qızararkən biri birinə və tavaya yapışmasını istəmirsinizsə, doğranmış kartofu yuyun və qurulayın. Beləliklə, kartof həm də xırt-xırt alınacaq.
  • Balığın köhnə olduğundan şübhə edirsinizsə, balıq dilimini su ilə dolu kasaya atın. Balıq dilimi batsa təzə, üzdə qalsa isə köhnədir.
  • Göyərti doğrayarkən onun bıçağa yapışması sizi narahat edirsə, göyərtinin üzərinə az miqdarda duz səpin.

  • Çox sayda qaynadılmış yumurtaya ehtiyacınız olarsa, unutmayın ki, yumurtaları sobada da qaynada bilərsiniz. Necə? Sadəcə soba tavasının üzərinə qoyaraq.
  • Reseptinizdə mayonez var, soyuducuda isə yoxdur? Blenderdə 1 yumurta və 150 ml zeytun yağını qarışdıraraq mayonezi əvəz edə bilərsiniz.
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂