Təmiz və parlaq dəri hər bir qadının arzusudur. Hamar dəri sağlam orqanizmin işarəsidir. Ancaq hər qadının dəriyə qulluq etməyə çox zamanı olmur. Bu halları nəzərə alaraq sizinlə az vaxt tələb edən, hər zaman edə biləcəyiniz tövsiyələri paylaşırıq.

Dərinizi təmiz saxlayın

Ən asan dəri təmizləmə üsulu axtarırsınız? Hər gün üz yuyucusu ilə üzünüzü yuyun. Makiyajı və buna bənzər hər hansı məhsulu üzünüzdə saxlamayın. Vaxtdan asılı olmayaraq üzünüzü təmiz saxlayın.

Bol su için

Bu sözləri yəqin ki, çox eşitmisiniz. Bəli, bu dəri üçün vacib məsələdir. Unutmayın, su yalnız dəri üçün deyil, bütün orqanizm üçün faydalıdır. Su toksinləri çıxararaq təmiz və hamar dəriyə sahib olmağınıza kömək edir. Digər növ təbii meyvə şirələri də içməyə çalışın, vücudunuzu daim nəmləndirin.

Tərəvəz yeyin

Rasionunuza çox tərəvəz əlavə edin. Kahı, yerkökü, kələm, xiyar və s. bu kimi tərəvəzlər bədəni qidalandırır və dərini nəmləndirir. Dadını yaxşılaşdırmaq üçün hazırladığınız tərəvəz salatına az miqdarda zeytun yağı və limon suyu qata bilərsiniz. Mümkün qədər çox tərəvəz yeməyə çalışın, təsirini tez bir zamanda görəcəksiniz.

Bir neçə qurtum çay için

Bədəni gün ərzində tam nəmləndirmək üçün maye qəbulu əhəmiyyətlidir, ancaq sudan əlavə, bitki çayları da içməyinizdə fayda var. Çayınıza zəncəfil və limon əlavə etsəniz daha yaxşı olar. Bütün bunlar həzmi yaxşılaşdırır, bu sizin dərinizin canlı və parlaq olması üçün vacibdir.

Yuxu rejiminizə diqqət edin

Gözaltı üçün çox pul xərcləyib bahalı konsiler ala bilərsiniz, ya da hər gecə vaxtı-vaxtında yatmalısınız. Biz ikincisini tövsiyə edirik. Yuxunun necə vacib olduğunu hamımız bilirik. Göz ətrafındakı qara kölgələrin yaranmasının qarşısını alır, dərini sağlam edir. Yuxu həm də sizin formada qalmağınıza kömək edir.

Meditasiya ilə məşğul olun

Həm zehni, həm də emosional stressin yüksək olması dərini zədələyən səbəblərdən biridir. Stress dəridəki şirələri yox edir və bu dərini susuz qoyur, nəticədə səpgilər yaranır, lakin meditasiya və dərin nəfəsalma ilə əsəbin öhdəsindən rahatlıqla gələ bilərsiniz.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry