Nyu York, London, Milan və Parisin iştirak etdiyi “Fashion Month” sona çatdı. 2019-cu ilin yaz-yay trendlərini nəzərdən keçirməyə nə deyirsiniz?

Plisse

Plisse artıq bir klasssikadır desək, yanılmarıq, çünki 2019-cu ildə də dəb sənayesində ona yer verildi. Üstəlik o, artıq bir bütün element olaraq deyil, həm də dekorasiya olaraq da  göz önündə olacaq.

Oversize

“Marc Jacobs”, “Burberry” və “Jil Sander” yeni kolleksiyasında oversize siluetlərə geniş yer verdi. Üstəlik onlar nəhəng ölçülərə baxmayaq, qadın gözəlliyini vurğulamağı da bacardı.

Boyfriend pencəkləri

“Calvin Klein”, “Ermanno Scervino”, “Gucci” kimi dünya markaları gender stereotiplərindən kənara çıxaraq, müasir insana geyim seçimində geniş seçim imkanı vermək qərarına gəldi və beləliklə, ortaya kişi pencəklərini xatırladan qadın pencəkləri yarandı.

 

Sarıya sarı

Gələcək sezonun hit rəngi sarıdır. Bu rəngə “Max Mara”, “Balenciaga” və “Chanel” kimi markalar üstünlük verdi.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "2019-cu ilin yaz-yay trendləri" A few seconds ago