24 saat bəzən göz qırpımında keçir. Bizim üçün sıradan bir gün geridə qalmışkən, planetimizdə inanılmaz hadisələr baş verir.
- 24 saat ərzində dünyaya orta hesabla 365 min sakin gələcək.

- Orta hesabla 18 milyon insan bu gün ad gününü qeyd edəcək.

- Gün ərzində Yer Kürəsində 8,6 milyon dəfə ildırım çaxacaq.

- Bir ağac iki nəfərin yaşayışı üçün yetəcək qədər oksigen buraxacaq.

- 142 min yeni avtomobil istifadəyə veriləcək.

- Astronavtlar 16 dəfə şəfəqi və 16 dəfə günün batışını izləyəcək.

- İnsan ürəyi 104 min dəfə döyünəcək.

- 150-200 bitki, böcək və heyvanın nəsli ekoloji ziyanlardan dolayı kəsiləcək.

- Bütün dünyada orta hesabla 15 milyon siqaret satılacaq.

- Planetimizdə 7 dəfə zəlzələ olacaq və 18 min dəfə göy guruldayacaq.

- Hər insan orta hesabla 15 dəfə güləcək və orta hesabla 8 min addım atacaq.

Bu gün nə yaşadığınızdan asılı olmayaraq, sabah yeni gündür. Hər saniyənizə məna qatmağa çalışın. Çünki hər şeyin sonu var.









