18 yaşlı Xie Xu 3 il ərzində hər gün fiziki qüsurlu  sinif yoldaşını öz belində məktəbə aparıb-gətirir. Onun dostu 19 yaşlı Zhang Chi əzələ və skelet zəifliyinə səbəb olan “əzələ distrofiyası” xəstəliyindən əziyyət çəkir.

Dostunu məktəbə aparıb-gətirməklə kifayətlənməyən Xie boş zamanlarını Zhang’lə birlikdə ən gözəl şəkildə dəyərləndirməyə çalışır. O, həftənin bir neçə gününü dostu ilə gündəlik gəzintilərə və istirahətə sərf edir. Bu isə ildə təxminən 200 gün edir. Hətta Xie hər gün Zhang’in yeməyini belə gətirir.

 

Xie’nin bu davranışı məktəbdəki digər şagirdlərə də müsbət təsir göstərir. Onların köməyi ilə Zhang heç bir zaman özünü yalnız hiss etmir.