Hal-hazırda demək olar ki, hər kəs sosial şəbəkələrdən və ağıllı telefonlardan asılı hala gəlmiş vəziyyətdədir. Bu vəziyyət zaman zaman gerçək həyatdakı əlaqələrimizi zədələyə biləcək ciddi bir problem halına gələ bilir.

    Amerikalı fotoqraf Eric Pickersgill bu problemi mövzu aldığı bir fotoşəkil silsiləsi hazırlamışdır. “Removed” adını verdiyi bu silsiləyə aid fotoşəkillərdəki ağıllı telefonları və planşetləri ustaca silmişdir. Fotoşəkillərdəki bu əskiklik sayəsində insanların bir-birlərindən nə qədər uzaq və qopuq hala gəldiyini daha dəqiq görə bilirik.

Qeyd: “removed” bir tərəfdən çıxarılmış, xaric olunmuş mənasını verərkən; digər tərəfdən də ayrı, uzaq mənasını verir. Məqsədə uyğun şəkildə adlandırılmış, maraqlı və cazibədar bu işdən kadrlar aşağıdadır.