Bu şəkillərə baxdığınız zaman qeyri-ixtiyari nəfəsinizi tutacaqsınız və sanki, ürəyi zəif olanlar baxmamalı silsiləsindəndirlər..
- Cəzarətiniz varmı bu çarxa minməyə?

- Bəs Çinin Ölüm cığırında oturub nəfəsinizi dərməyə?

- Şərh etməyə ehtiyac varmı? Yetərincə aydındır.

- Apinist Alex Honnold ABŞ dağlarını fəth edir. Sığorta kəməri olmadan fəth edir..

- Viktoriya şəlaləsində ekstrimə nə deyirsiniz?

- Narahat olmayın, Yan Morrison sağ qaldı.

- İsveçrənin Champoussin kurortunda 2 000 metr yüksəkliyində yerləşən daxma

- Ekvador. «Dünyanın sonu»

- Slackliner Brian Mosbaugh Rio de Janeiroda 850 metr yüksəkliyində növbəti gəzintisinə çıxıb.

- Bir gün Altay dağlarına yolunuz düşərsə, WC buradadır. 2 600 metr hündürlüyündə. Ağlınızda olsun.

- ABŞ, Yosemite Milli Parkının yataqxanası. Şirin yuxdan söhbət gedə bilərmi? Düşünmürük.

- Nik Wallenda nəhəng kanyonu qət edir. Sığortasız.

- Az sonra fotoqrafın olduğu gəmi nəhəng yük gəmisi ilə toqquşaraq batacaq.

- Çinin Yushan kəndinə aparan 400 metr yüksəklikdə və 1 000 metr uzunluqda olan kanat yolu.

- Tanış olun, bu isə Chandır. Həmin kanat yolunun işçisi. Onun işi həftə ərzində 1 dəfə kanatı bütün uzunluğu boyu yağlamaqdan ibarətdir.

İndi isə deyin, bu fotolara belə baxmaq belə həyacan verərkən:
A) Bu insanların yerində olmaq istərdim
B) Bu fotoları çəkən insanların yerində olmaq istərdim
C) Yaşamaq istəyirəm!












