Ağaclar haqqında məlumat

6104
Bir ağac il ərzində atmosferə təxminən 120 kiloqram oksigen buraxır. Bu qədər oksigen üç nəfərdən ibarət bir ailənin bütün il boyu tənəffüsünə bəs edər.
 
Ağac ona lazım olan qidanın 90 faizini atmosferdən, 10 faizini isə torpaqdan alır. Digər canlılarla müqayisədə, ağaclar planetimizin ən uzun ömürlü varlıqlarıdır.
 
Ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir. Onlar havanı işlənmiş qazlardan təmizləyir və şəhərlərin səs fonunu tənzimləyir.
  
Orta hündürlükdə bir ağacdan təxminən 170 000 karandaş  hazırlamaq olar.
  
Dünyanın ən hündür və yoğun ağacı ABŞ-ın Kaliforniya ştatında bitən sekvoya ağacıdır. Onun hündürlüyü 115 metrə, diametri isə 8 metrə çatır.
  
Ən qədim kök sisteminə malik ağac isə İsveçdədir. Onun təxminən 9 min il yaşı var.
 
Ən qədim ağac isə ABŞ-da bitən şam ağacıdır. Bu ağacın 4500 yaşı var.
  
Ən qeyri-adi palıd ağacı isə Fransadadır. Alimlərin fikrincə, bu ağacın təxminən 1000 yaşı var. Ağacın gövdəsi üzərində tamamilə təbii üsulla yaranmış iki ədəd kilsə qülləsinə bənzər qüllə var. Onun qəribəliyi də elə bundadır. Qüllələrə çıxmaq üçün ağacı əhatə edən dolama pillələrdən istifadə olunur.
  
Dünyanın ən möhkəm ağacı Rusiyada bitən Şmidt tozağacıdır. Bu ağaca nə balta, nə də güllə batır.
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Onesignal