Günəş enerjisinin 19 faizi atmosferdə udulur, 47 faizi Yerə düşür, 34 faizi isə kosmosa qayıdır. Tam Günəş tutulması 7,5 dəqiqədən çox çəkmir; tam Ay tutulması isə 104 dəqiqə davam edir.

Günəş sisteminin bütün planetləri Yupiter planetinin içərisinə yerləşə bilərdi. Günəş bir dəqiqə ərzində Yerin bir il ərzində sərf etdiyi bütün enerjidən çox enerji istehsal edir.

Marsdakı Niks Olimpik vulkanının hündürlüyü 20 kilometrdən çoxdur. Marsdakı dağların hündürlüyü 20-25 kilometrə çatır.

Biz ən uzaq görünən ulduza baxarkən, 4 milyard il keçmişə baxırıq. Ondan gələn və saniyədə demək olar 300 000 kilometr sürətlə hərəkət edən işıq bizə yalnız uzun illərdən sonra çatır.

Bizə ən yaxın olan (Günəşdən sonra) Proksima Sentavr ulduzuna çatmaq üçün orta hesabla saatda 60 kilometr sürətlə hərəkət edən avtomobilə təxminən 48 milyon il vaxt lazım gələrdi. Proksima Sentavradək məsafə 4,24 işıq ilidir.

İlk ulduz kataloqu e.ə. 150-ci ildə Gipparx tərəfindən tərtib edilib.