Apple şirkətinin təşkil etdiyi “iPhone-la çəkildi” adlı şəkil müsabiqəsinin qalibi olan 10 şəklə birlikdə baxaq. 🙂
Pete Souza, Austin Mann, Annet de Graaf, Luísa Dörr, Chen Man, Phil Schiller, Kaiann Drance, Brooks Kraft, Sebastien Marineau-Mes, Jon McCormack ve Arem Duplessisin yer aldığı beynəlxalq münsif heyəti tərəfindən seçilən fotolar ölkələrin gizli olan bölgələrini göstərmiş oldu.
Şəkilləri və onların niyə seçildiyinə dair münsiflərin şərhlərini də təqdim edirik.
Alex Jiang (ABŞ), iPhone XS Max
Chen Man şəkil haqqında bunları deyib: “Bu kompozisiyada xoş rənglər və maraqlı hekayə var. Hər ailənin detallarını, xüsusiliyini göstərir. Basketbol səbəti şəklin tam mərkəzində yer aldığı üçün görüntüyə daha çox hekayə əlavə edir.”
Annet de Graaf bu foto barəsində danışarkən qeyd edib: “Memarlıq hekayəsi. Bilinməyən şəhərdə, adi bir binada mənzillərin səthinin arxasında həyat var.”
Blake Marvin (ABŞ), iPhone XS Max
Austin Mann şəkil haqqında bunları bildirib: “Bu kadr çox səbir tələb edib və zamanlama isə möhtəşəmdir. iPhone-un sıfır gecikməsi və Smart HDR sayəsində həm yenotun gözlərini, həm də kötüyün içindəki dərin kölgələri görə bilirik. Təbii işıqla əldə edilməsi imkansız olan mənzərədir.”
Darren Soh (Sinqapur), iPhone XS Max
Phill Schiller foto haqqında bunları deyib: “Rəsm əsərinə bənzəyən bir görüntü, iki dünya çarpışır. Bu şəklin harada və necə çəkildiyini düşünməyə məcbursunuz. Kənarda uçan quş irreal kompozisiyada yeganə həyat əlamətidir.”
Nikita Yarosh (Belarus), iPhone 7
Austin Mann bu şəkil haqqında bildirib: “Bu görüntünün əlçatan olmasını sevirəm. Gözəl kadr tutmaq üçün İslandiyaya getməyinizə ehtiyac yoxdur, burada gözünüzün önündədir. Xətlərin kəsişmə forması, canlı rənglər, köhnə və yeni duyğular… Bu möhtəşəm görünüşdür.”
Dina Alfasi (İsrail), iPhone X
Brooks Kraft şəkil barəsində fikirlərini ifadə edib: “Məşhur fotoqrafiya üslubuna yeni baxış gətirir. Mənzərənin açıq-aydın olmasını bəyəndim, amma şəklin necə çəkildiyini bilmirik. Su xoş görünən, ürəkşəkilli formadadır. iPhone-da normal rejimdə olduğu sahənin dərinliyi bu görüntünü almağa imkan verdi və DSLR hər şeyi mərkəzdə saxlamaqda çətinlik çəkərdi.
Elizabeth Scarrott (ABŞ), iPhone 8 Plus
Brooks Kraft portret haqqında bunları bildirib: “Uşaqlıq dövrünü gözəl bir mənzərədə göstərən portretdir. Həm uşağın şəxsiyyətini, həm də ətrafdakı təcrübəsini göstərən əla kompozisiya.”
Andrew Griswold (ABŞ), iPhone XS
Sebastien Marineau-Mes şəkil haqqında fikirlərini bildirib: “iPhone XS-in güclü tərəflərini göstərən, çox bənzərsiz bir kompozisiya və rənglər palitrası. Ən qəribəsi su damlalarının hər birində mükəmməl şəkildə böyüdülmüş və təhrif edilmiş arxa fon bəzəyidir. Bu modelin nə olduğunu açıqlamağa çalışıram.”
Bernard Antolin (ABŞ), iPhone XS Max
Kaiann Drance mənzərə haqqında bunları deyib: “Adi bir səhnə kimi görünür, ancaq fərqli bir əhval qaldırmaq və ağ-qara effektdən istifadə etmək yaxşı seçimdir. Buludlarda və ətrafda olan peyzajdakı kontrastı ortaya çıxarmağa şərait yaradır.”
LieAdi Darmawan (ABŞ), iPhone XS
Luisa Dörr şəkil haqqında qeyd edib: “Bu mənzərəyə köhnə bir portret kimi yanaşıldığını hiss edirəm. Dağların görünüşü qırışlı üz təəssüratı yaradır. Portretlər və mənzərələr insanlar tərəfindən yaradılan ən qədim yaradıcılıq üsuludur. Şüuraltı olaraq zehnimdə bir şey var və bu səbəbdən fotoşəkil məni cəlb edir. Mən tam izah etməkdə çətinlik çəkirəm.”
Robert Glase (Almaniya), iPhone 7
Kianna Drance şəkil barəsində bunları deyib: “Fantastik dinamik sıra var. Çəməndə, ağaclarda, buludlarda, şəklin hər yerində detal var. Gözəl, dərin səma və ümumilikdə xoş rənglər.”
Müsabiqəyə qatıılan digər şəkilləri instagram-da #shotoniphone həştəqi ilə izləyə bilərsiniz. 🙂