Artıq çəkini yandırmaq üçün ən effektiv 3 qida məhsulu

225

Bugün həmin o sabahdır və siz çəki atmaq qərarına gəlmisiniz? Mətbəxinizdə olan sadə 3 qida məhsulu sizə bu işdə kömək edər: qəhvə, zülallarla zəngin qidalar və yaşıl çay.

Qəhvə

Qəhvənin tərkibində olan kofein yağların parçalanmasına kömək edir. Bundan əlavə, aparılan araşdırmalar göstərmişdir ki, kofein metabolizmi 16% sürətləndirir. Kardio məşqlərlə birlikdə gün ərzində bir fincan qəhvə ilə vücudunuzu arzu etdiyiniz formaya sala bilərsiniz, ancaq unutmayın ki, kofein asılılıq yaradır. Odur ki, pəhrizinizə bəzən ara verməyi də unutmayın.

Zülallarla zəngin qidalar

Lipolizi artırmağın ən effektiv yolu rasiona zülalları daxil etməkdir. Beləliklə, siz həm də əzələ kütləsi yığa biləcəksiniz. 1999-cu ildə International Journal of Obesity jurnalının apardığı araşdırmada piylənmədən əziyyət çəkən 60 xəstə iştirak etmişdir. Nəticə yüksək miqdarda zülal qəbul edən iştirakçıların daha tez çəki atdığını göstərmişdir.

Yaşıl çay

Kalori dəyəri olduqca aşağı olan və çəki yandırmağa kömək edən qida məhsullarından biri də yaşıl çaydır. Yaşıl çay təzyiqi aşağı salmağa və xolesterin səviyyəsini aşağı salmağa da kömək edir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al