Təyyarə ilə səyahət çox sürətli olmasına baxmayaraq, hava limanlarında və ya havada uçuş müddətindən daha çox vaxt xərcləməli oluruq. Buna xüsusilə, təyyarə gec havalananda və ya gecikəndə səbəb olur. Bəs belə bir vəziyyət başınıza gəlsə, nə etməlisiniz?

Uçuşu gecikən sərnişinin haqları nələrdir?
İlk olaraq gecikmə müddətindən asılı olmayaraq, hava yolu şirkəti sizə təcili əlaqə saxlamağa imkan yaratmalıdır. Telefon, faks və elekrton poçt ilə təmin etməlidir.

  • 2-3 saat arası gecikmələrdə hava yolu firması sizə içki təklif etmək məcburiyyətindədir.
  • 3-5 saat arası gecikmələrdə, içkinin yanında vaxtına uyğun olaraq yemək verməlidir.
  • 5 saat və daha çox gecikmələrdə hava yolu şirkəti sizin yenə bütün yemək ehtiyacınızı qarşılamaqda məsuldur. Eyni zamanda transfer uçuşunuz varsa və onu da qaçırdınızsa, lazım olan xərclərin hamısını ən az 7 gün ərzində ödəməlidir. Transfer səyahətiniz təxirə salındığı təqdirdə sizi ən qısa müddətdə getməli olduğunuz istiqamətə çatdırmaqda məsuldur.
  • 8 saat və daha çox gecikmələrdə hava yolu şirkəti sizi təyyarə gələnə qədər bir oteldə qonaq etməli və bütün transfer və qonaq xərclərini qarşılamalıdır. Və ya tələb etməli olduğunuz halda 7 gün içində təyyarə bileti xərcinizi ödəməlidir.

Uçuşunuz təxirə salınarsa, nə etməlisiniz? Buradakı haqlarınız nələrdir?
Hava yolu şirkəti səfərlərini 2 həftə əvvəldən təxirə salarsa, təzminat haqqından qurtulmuş olurlar. Belə olan halda isə sizə 2 şans düşür. Ya bileti qaytarıb pulu alacaqsınız, ya da tarix dəyişikliyi ilə başqa vaxtda uçmalı olacaqsınız.

Əgər hava yolu şirkəti 2 həftə əvvəldən təxirə saldığı uçuşu sizə bildirməyibsə, o zaman sizin təzminat istəmə haqqınız var.

Bəs təzminat almaq üçün nə etmək lazımdır?
Əgər sizdə bütün sənədlər qalırsa, hava yolu şirkəti ilə birbaşa əlaqə keçib, ərizə yazmalısınız. Amma bunların hamısını özünüz etməlisiniz, bu isə bir az yorucu işdir.

İkinci təzminat tələbi isə daha asandır. Compensair kimi peşəkar şirkət sayəsində təzminat tələblərinizin bütün proseslərini bu şirkətə həvalə edirsiniz. Ərizənin yazılması, hava yolu şirləti ilə əlaqə, dəlillərin kontrolu və s. hamısını compensair-ə həvalə edirsiniz. Compensair sizdən komissiya haqqı tələb etmir. Bütün ilkin proseslər tamamilə ödənişsizdir. Və təzminatınız uğurlu alınarsa, o zaman qaytarılan pulun 25%-ini komissiya haqqı olaraq tuturlar, əgər sizə heç bir təzminat ödənilməsə o zaman komissiya tutulmur.