Arturo’nu xatırlayırsınız… O, 23 il ərzində isti iqlimə məruz qalaraq dəli olub öldürülən dünyanın ən bədbəxt qütb ayısı idi. Kanadaya, daha soyuq bir iqlimə transfer edilməsi üçün kampaniyalar təşkil olunsa da yaşlı olduğu üçün bu tələblər rədd edilmişdi. Nəticədə Arturo 23 ilini əziyyət altında keçirdiyi Argentinanın Mendoza Zooparkında 30 yaşında həyatını itirmişdi.

Bunun bir başlanğıc olmasını istədik, çünki bu hadisədən sonra zooparkların, su parklarının bağlanılması və buradakı heyvanların azad olmaları üçün dünyadan bir səs yüksəldi.



Ancaq o səsin çox cılız qaldığını və insanların heyvanlara əziyyət etməkdə qərarlı olduğunu Çinin Guangzhou əyalətində olan GRANDVIEW alışveriş mərkəzində dəli olmaq üzrə olan yeni bir qütb ayısı ilə təkrar gördük.



285 mindən çox insan Çindəki bu okean parkının bağladılması üçün təşkil edilən imza kampaniyasına qatılmışdır.



Ancaq alışveriş mərkəzinin rəhbərləri bunu zərrə qədər nəzərə almırlar, çünki onlara görə Pizza çox xoşbəxtdir (!)



Pizza’nın çəkdiyi əziyyəti və bədbəxtliyi görmək üçün onun üzünə bir dəfə baxmağınız kifayətdir.



Turistlərin və gələn ziyarətçilərin çəkdiyi fotoşəkillər, flaşlar, selfie’lər Pizza’nı dəli etmək üzrədir. Pizza sanki “etməyin” deyərcəsinə, yalvaran gözlərlə ətrafa baxır.



Hong Kong mərkəzli bir heyvan hüquqları dərnəyi, Pizza’nın həyat şərtlərini qorxunc və təbii mühitindən ola bildiyincə uzaq kimi xarakterizə edir.



Okean parkının idarəçiləri Pizza’ya çox yaxşı baxdıqları və onun son dərəcə xoşbəxt bir həyat sürdüyü mövzusunda israrçıdırlar.



Problem sadəcə Pizza deyil, bu okean parkında qütb tülküləri, ağ balinalar, körpə su itləri, və s. kimi bir çox qütb heyvanı təbii mühitlərindən uzaqda və mənfi şərtlərdə həyat mübarizəsi aparırlar.



Pizza liderliyində bu parkın ictimai təzyiq altına alınması nəticəsində park idarəçiləri heyvanların həyat şərtlərinin yaxşılaşdırılacağı sözünü vermişlər.



Ancaq əminik ki Arturo ölməmişdən əvvəl də eyni şeylər danışılmış, eyni sözlər verilmişdi.



İnsanlar, dünyanı paylaşdığı digər canlılara əziyyət verməkdən, onları öz zövqləri üçün istifadə etməkdən vaz keçmədikcə daha çox Arturo, daha çox Pizza görəcəyimizə əminik.



Sadəcə Çində 39 ədəd okean mövzulu bu cür park var.



Yəni hər keçən gün həbs edilib, ölümün astanasında gətirilən heyvan sayı artır.



Məsələn sadəcə əziyyət çəkən bir Pizza deyil, dünyada yüz minlərlə Pizza var.



Heyvan həbsxanaları bağlansın!

Qeyd: Arturo haqqında da oxumaq istərdinizsə, Bura tıklaya bilərsiniz



Sizcə Pizza nə qədər xoşbəxtdir?

https://youtu.be/Q4cV0yW0X3M

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry