Dünya səviyyəsində sərt tənqidlərlə üzləşən şənlik hər il təşkil edilir.
Bu, “Toro Jubilo” deyilən və hər il təkrarlanan festival İspaniyada keçirilir. Ənənəvi şənliyin ilkin mərhələsi öküzün buynuzlarına yanıcı maddələrlə dolu taxta parçası yapışdır, ona od vurmaqdır.
Öküzün buynuzudakı taxta parçası yandırıldıqdan sonra o sərbəst buraxılır. Heyvan ağrı və çaxnaşma içində ora-bura qaçmağa başlayır. Bu mənzərəni bir qədər də canlandırmaq üçün öküzə hərdən bir qırmızı parça da göstərib, onu daha da qıcıqlandırırlar. Meydandakı taxta yığınlarına da od vururlar. Ətrafdakı insanlar isə bunu zövqlə seyr edirlər.
Daha sonra bəzi tamaşaçılar da meydana düşərək heyvanı daha da qorxutmağa çalışırlar.
45 dəqiqə davam edən bu şoudan sonra yorulub əldən düşmüş öküz kəsilərək əti meydanda tər tökənlərə hədiyyə edilir.
Bu vəhşi ənənə əsrlərdir İspaniyanın əksər şəhərlərində davam edir.