Hər kəsin barmaq izinin özünə xas olduğunu bilirik. Bununla bərabər barmaq izləri bizi ifadə edən bir nöqtədir. Barmağımızdakı bütün xəttlərin və qıvrımların fərqli bir mənası var. Barmağımızın ucundakı bu sirrli səfərə birlikdə başlayaq.


Spiral

Spiral daha çox Avropalıların sahib olduğu bir izdir. Mənası, sakit və balanslı bir şəxsiyyət deməkdir. Bu şəkildə barmaq izi olan insanlar, adətən sevimli və yardımsevər olurlar. Bacarıqlı olmaları ilə bərabər, təşəbbüskar istiqamətləri də basqındır. Adətən romantik olmalari ilə tanınan bu insanların immunitetləri güclü və sağlam olsada da; uşaqlıqlarında bol-bol xəstəliklərlə mübarizə aparıblar. Əgər barmaq iziniz spiral şəkillidirsə, sevmədiyiniz işi etməyə tənbəllil edərsiniz. Xəyal gücünüz çox geniş olur və insanlar sizə xəyalpərəst deyirlər.


Qıvrımlar

Qıvrımlı barmaq izinə sahib insanlar, enerjili və özünə inamlı olurlar. Bu özünə inamlarını, atdıqları hər addımda görə bilərsiniz: duruşları, davranışları, hərəkətləri. Bəzən inadçılığın sərhədinə belə çatırlar. Fikirlərindən çəkindirmək çox çətindir. Konkret düşüncə çox əhəmiyyətlidir. Bu insanlar, fiziki dəyişmələrə adaptasiya olma və başqalarını dinləmə mövzusunda çətinlik çəkirlər. Ümumiyyətlə hədəflərinə çatmaq üçün ətraflarındakı insanları istifadə etməyə meyllidirlər. Qıvrımlı barmaq izinə sahib insanlar musiqi və sənətə əhəmiyyət verirlər. Bədən dilləri çox güclüdür. Çətin zamanlarda dostlarına olan sədaqətləri çox güclüdür və sonuna qədər yanınıza olarlar.


Burulğanlar

Girdab şəkilli barmaq izinə sahib insanlar, tez əsəbləşən ancaq çox mərddirlər. Analitik zəkaları yüksəkdir və çox asan öyrənmək qabiliyyətləri vardır. Bir çox işə eyni anda başlayırlar, ancaq yarısında sıxılıb imtina edirlər. Hisslərini gizlətmə mövzusunda uğurlu olduqları üçün reaksiyalarını təxmin etmək çətin olur. Ümumiyyətlə özləri də daxil olmaqla, heç kimdən və heç bir şeydən məmnun olmurlar. Hər kəsə şübhəylə yanaşırlar. Ümumiyyətlə proqramlaşdırma, qanuni işlər və araşdırmalar edən insanlar olurlar, çünki düşünməyi çox sevirlər.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Barmaq izimiz haqqımızda nə deyir?" A few seconds ago